Diqqət!
Aşağıda qeyd olunan 2 istiqamət üzrə Mərkəzi Bankın 055 966 19 66 nömrəli whatsapp xidmətindən (xidmət) istifadə edilə bilər.
1. Dövlət orqanlarından Mərkəzi Banka ünvanlanmış və ya birbaşa olaraq Mərkəzi Banka daxil olmuş müraciətlərlə bağlı hər hansı səbəbdən cavab məktubları əldə edilmədikdə;
Müraciət edən şəxsin şəxsiyyəti eyniləşdirilməklə cavab məktubu xidmət vasitəsi ilə ona təqdim edilir.
2. Mərkəzi Bankın nəzarət subyektləri ilə əlaqə saxlanılmasında çətinlik yarandıqda.
Müraciət edən şəxs barədə məlumat, onunla əlaqə yaradılması məqsədi ilə Mərkəzi Bankın nəzarət subyektinə yönləndirilir.
Qeyd:
- Yuxarıda göstərilən cavab məktubları dedikdə Mərkəzi Bank tərəfindən müraciət müəllifinə göndərilmiş, lakin çatdırılması mümkün olmadığından Mərkəzi Banka geri qayıdan məktublar nəzərədə tutulur.
- Whatsapp xidməti vasitəsi ilə zənglərin qəbul edilməsi nəzərdə tutulmamışdır.
- Xidmət həftənin iş günləri hesab edilən bazar ertəsi-cümə günləri saat 09:00-dan-17:00-dək aktivdir.
- Mərkəzi Bankın nəzarət subyektləri tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla bağlı, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat əldə etmək üçün “966” qaynar xəttinə məlumat verilə bilər.