Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Kollegiyasının
“27”mart 2014-cü il tarixli
Q-08 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
17 nömrəli əlavə
Aktuar hesablamaların aparılmasına dair Təlimat
1. Ümumi müddəalar
1.1. Aktuar hesablamaların aparılmasına dair Təlimat (bundan sonra təlimat) “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 806-IVQD nömrəli Qanununun tətbiqi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 735 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 dekabr tarixli 49 nömrəli Fərmanının 4.1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-2.2-ci maddəsinə uyğun olaraq, 81-1-ci maddəsində nəzərdə tutulmuş hesablamaların metod və prinsipləri üzrə tələbləri tənzimləyir.
1.2. Bu Təlimatın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.2.1. sığorta təminatının vahidi – sığorta tarifinin hesablanması üçün istifadə olunan ölçü vahidi;
1.2.2. sığorta tarifi – xalis sığorta tarifi və yüklənmədən ibarət olmaqla sığorta təminatı vahidinin dəyəri;
1.2.3. xalis sığorta tarifi – əsas hissə və risk üstəliyindən ibarət olmaqla sığorta ödənişlərinin həyata keçirilməsi üçün sığorta ehtiyatlarının formalaşdırılmasını təmin edən hissə;
1.2.4. əsas hissə – sığorta ödənişinin gözlənilən qiyməti (riyazi gözləməsi);
1.2.5. risk üstəliyi – sığorta ödənişinin gözlənilən qiymətindən təsadüfi yayınmanı əks etdirən hissə;
1.2.6. yüklənmə – sığorta əməliyyatlarının həyata keçirilməsi ilə bağlı işlərin aparılması xərclərini, qarşısıalınma tədbirlərinin maliyyələşdirilməsini və tarif mənfəətini təmin edən hissə. Yüklənmənin tərkib hissələri ilə bağlı ətraflı maliyyə təhlili aparılmalı və hesablamalara daxil edilməlidir;
1.2.7. risklərin təsnifatı – uyğun diferensiallaşdırma əmsalları ilə sığortalını və ya riskin dərəcəsini səciyyələndirən meyarların siyahısı;
1.2.8. diferensiallaşdırma əmsalları – sığorta predmetinin risk amillərini nəzərə almaq üçün sığorta tarifinə tətbiq olunan əmsallar.
2. Qeyri-həyat sığortası üzrə sığorta tariflərinin hesablanmasına dair ümumi tələblər
2.1. Hesablamalarda istifadə olunan düsturların çıxarılışı tam və izahlı verilməli, sığorta hadisələrinin və zərərlərin paylanması üçün istifadə edilən paylanma funksiyaları ehtimal nəzəriyyəsinin və riyazi statistikanın metodlarından istifadə edilməklə əsaslandırılmalı, həmçinin müvafiq hesablamaların aparılması üçün zəruri olan bütün parametrlərin ədədi qiymətləri, eyni zamanda istifadə olunan ilkin statistik göstəricilərin mənbəyi haqqında ətraflı məlumat və həmin göstəricilərin aid olduğu zaman dövrü göstərilməlidir.
2.2. Bu Təlimatın tələbləri ilə sığorta tariflərinin hesablanması sığortanın bütün sinifləri, həmçinin müəyyən sığorta siniflərini özündə birləşdirən sığorta növləri üzrə aparılmalı və sığortaçı tərəfindən hesablamalara üç ildə ən azı bir dəfə yenidən baxılmalıdır.
2.3. Sığorta tariflərinin hesablanmasında sığorta risklərini səciyyələndirən statistik məlumatlar istifadə olunur.
2.4. Sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması məqsədi ilə hesablamaların aparıldığı tarixdən əvvəlki son üç və daha artıq tam maliyyə illəri üçün mövcud olan statistik məlumatlar istifadə olunmalıdır.
2.5. Sığorta tariflərinin hesablanması zamanı ilkin statistik məlumatların tətbiqi üçün aşağıdakılardan birinə riayət olunmalıdır:
2.5.1. sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması sığorta tarifinin qiymətinə ən çox təsir göstərən bir və ya bri neçə əsas sığorta riski üzrə mövcud olan ilkin statistik məlumatlar əsasında aparılır;
2.5.2. sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması sığorta təminatı verilən bütün sığorta risklərinin məcmusu üzrə mövcud olan ilkin statistik məlumatlar əsasında aparılır.
2.6. Sığorta tariflərinin hesablanması zamanı istifadə olunan makroiqtisadi göstəricilər (inflyasiya göstəricisi, minimum hesablama göstəricisi) bu göstəricilər üçün hesablama tarixinə olan rəsmi məlumatlara uyğun olmalıdır.
2.7. Qeyr-həyat sığortasına aid olan sığorta sinfi üzrə sığorta tarifinin hesablanması üçün aşağıdakı düsturdan istifadə edilir:
B = N / (1 - f)
Burada:
B - sığorta tarifidir;
N - xalis sığorta tarifidir;
f - yüklənmədir (sığorta haqqından faizlə ifadə edilir).
Sığorta sinfi üzrə statistika mövcuddursa, xalis sığorta tarifinin hesablanması üçün aktuarinin aşağıdakı düsturdan istifadə etmək hüququ vardır:
M[X] + 1
N = ---------------------------------- x -----------
n S
Burada:
n – sığortalanması nəzərdə tutulan predmetlərin (sığorta predmetlərinin) sayıdır;
S – bircins sığorta portfelini təşkil edən sığorta predmetlərinin hər biri üzrə sığorta məbləğidir;
X - bircins sığorta portfeli üzrə ümumi zərəri ifadə edən təsadüfi kəmiyyətdir;
M[X] - X təsadüfi kəmiyyətinin riyazi gözləməsidir;
D[X] - X təsadüfi kəmiyyətinin dispersiyasıdır;
γ - xalis sığorta haqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalıdır (təminat ehtimalı);
– təminat ehtimalına uyğun əmsaldır.
Sığorta tariflərinin hesablanmasında γ-nın və -nın qiymətləri ilə bağlı aşağıdakı cədvəldən istifadə etmək olar:
γ | 0,84 | 0,90 | 0,95 | 0,98 | 0,9986 |
1,0 | 1,3 | 1,645 | 2,0 | 3,0 |
Sığorta sinfi üzrə statistika mövcuddursa, X təsadüfi kəmiyyətinin riyazi gözləməsini və dispersiyasını riyazi statistikanın metodları vasitəsi ilə qiymətləndirmək olar.
2.8. Müəyyən bir sığorta sinfi üzrə statistika yoxdursa, sığortaçı sığorta tariflərinin hesablanması məqsədi ilə sığorta nəzarəti orqanının sığorta bazarı üzrə hər bir sığorta sinfinə dair açıqladığı statistik göstəricilərdən istifadə etməlidir.
3. Qeyri-həyat sığortası üzrə sığorta tariflərinin qiymətləndirilməsi və hesablanması metodlarına dair tələblər
3.1. Sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması bu məqsədlə seçilmiş metoda uyğun həyata keçirilir.
3.2. Sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması metodu aşağıdakı məlumatları özündə əks etdirilməlidir:
3.2.1. sığorta tarifinin hesablanması üçün istifadə olunmuş metod üzrə informasiyaların mənbəyi haqqında ətraflı məlumat;
3.2.2. sığorta tarifinin hesablanması üçün istifadə olunan metodun tam izahı.
3.3. Sığorta tariflərinin hesablanması metodunun izahı hesablamadan asılı olmayaraq ayrıca verilir.
3.4. Sığorta tarifinin hesablanması metodu sığorta tarifinin aşağıdakı tərkib hissələrini müəyyən edir:
3.4.1. xalis sığorta tarifinin əsas hissəsi;
3.4.2. risk üstəliyi;
3.4.3. xalis sığorta tarifi;
3.4.4. yüklənmə.
3.5. Sığorta tariflərinin hesablanması metodlarının istifadə olunan ilkin statistik məlumatlara adekvatlığı və uyğunluğu aşağıdakı meyarlarla müəyyən olunur:
3.5.1. hesablama metoduna müvafiq olaraq, ilkin statistik məlumatlar və sığorta tariflərinin hesablanmasında iştirak edən hesablama parametrləri arasında uyğunluq olmalıdır;
3.5.2. sığorta tariflərinin hesablanması üçün seçilmiş metod sığorta tarifinin qiymətinə təsir edən hesablama göstəricilərinin (sığorta hadisəsinin baş vermə ehtimalı, zərərin ağırlığı, zərərlilik dərəcəsi və s.) artmasına və ya azalmasına dair meylləri nəzərə alır;
3.5.3. sığorta tariflərinin seçilmiş metodla hesablanması zamanı alınmış aralıq və yekun nəticələrin iqtisadi mahiyyəti və məqsədəuyğunluğu olmalıdır.
4. Həyat sığortası üzrə sığorta haqlarının hesablanmasına dair ümumi tələblər
4.1. Həyat sığortasına aid sığorta sinifləri (növləri) üzrə sığorta tariflərinin və ya sığorta haqlarının hesablanması zamanı istifadə edilən ölüm cədvəllərinin və əlillik cədvəllərinin göstəricilərinin mənbələri, bu cədvəllərin qurulması metodları (riyazi cəhətdən tam əsaslandırılmaqla) haqqında ətraflı məlumat verilməli və qeyd olunan cədvəllər hesablamalara əlavə olunmalıdır.
4.2. Həyatın ölüm halından sığortası, həyatın yaşam sığortası və annuitet sığortası üzrə sığorta haqlarının hesablanmasında istifadə olunan kəmiyyətlər aşağıdakı düsturlarla hesablanır:
x yaşlı şəxsin n il müddətində yaşam riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri aşağıdakı düstura əsasən hesablanır:
Burada x yaşlı şəxsin n il yaşaması ehtimalı, i isə illik faiz dərəcəsidir. Onların qiymətləri müvafiq olaraq, Əlavə 1 və Əlavə 2-də qeyd edilmişdir. isə diskontlaşdırma vuruğudur və aşağıdakı düsturla hesablanır:
v = (1+i)-1
nEx-in komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri aşağıdakı düstura əsasən hesablanır:
Burada x yaşlı şəxsin qarşıdakı il ərzində ölməsi ehtimalıdır və onun qiymətləri Əlavə 1-də qeyd edilmişdir.
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
Ölümün yalnız diskret zamanın sonunda baş verməməsini nəzərə alaraq, x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri aşağıdakı düsturla hesablanır:
Burada illik faiz dərəcəsinin intensivliyidir və aşağıdakı kimi hesablanır:
x yaşlı şəxsə n il müddətində hər bir sığorta ilinin əvvəlində ödənilən vahid məbləğlərin gözlənilən cari dəyəri aşağıdakı düsturla hesablanır:
Bu kəmiyyətin komutasiyon funksiyalar vasitəsi ilə ifadə düsturu aşağıdakı kimidir:
Müddəti n il olan annuitet sığortası üzrə x yaşlı şəxsə hər bir sığorta ili ərzində m dəfə (ilin 1/m hissələrinin əvvəlində 1/m məbləğində) ödənilən məbləğlərin gözlənilən cari dəyəri aşağıdakı düsturla hesablanır:
4.3. Həyatın ölüm halından sığortası üzrə sığorta məbləği (S ilə işarə edilir) məlum olduqda, n illik sığorta təminatı üçün k (k≤n) il müddətində hər bir sığorta il ərzində m dəfə bərabər məbləğdə ödənilən sığorta haqqı (Pm ilə işarə edilir) aşağıdakı düsturla hesablanır:
Sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı düsturla hesablanır:
Birdəfəlik sığorta haqqı (P ilə işarə edilir) isə aşağıdakı düsturla hesablanır:
Birdəfəlik sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı düsturla hesablanır:
4.4. Həyatın yaşam sığortası üzrə sığorta məbləği məlum olduqda, n illik sığorta təminatı üçün k (k≤n) il müddətində hər bir sığorta ili ərzində m dəfə bərabər məbləğdə ödənilən sığorta haqqı aşağıdakı düsturla hesablanır:
Sığorta haqqı məlum olduqda sığorta məbləği aşağıdakı kimi hesablanır:
4.5. Annuitet sığortası üzrə sığorta haqlarının x yaşdan (x+k) yaşadək hər bir sığorta ili ərzində m dəfə, sığorta ödənişlərinin isə (x+k) yaşdan (x+n) yaşadək hər bir sığorta ili ərzində q dəfə bərabər məbləğdə (Sq ilə işarə edilir) ödənilməsi nəzərdə tutularsa, sığorta haqqı aşağıdakı düsturla hesablanır:
Sığorta haqqı məlum olduqda sığorta ödənişi aşağıdakı kimi hesablanır:
4.6. Həyatın ölüm halından sığortası, yaşam sığortası və annuitet sığortası üzrə sığorta təminatının t-ci ilinin sonuna uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar) müvafiq olaraq aşağıdakı düsturlarla hesablanır:
Sığorta illərinin arasında olan zaman kəsikləri üçün isə riyazi ehtiyat xətti interpolyasiya metodu ilə qiymətləndirilir:
Burada, 0 < s < 1.
4.7. Həyatın yaşam sığortası və annuitet sığortası üzrə sığorta təminatının t-ci ilinin sonunda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilərsə, qaytarılan məbləğ aşağıdakı düstürla hesablanır:
4.8. Həyat sığortası sinifləri üzrə 4.3 – 4.6-cı bəndlərində göstərilən düsturlarda iştirak edən α, β, γ, və əmsalları aşağıdakı mənalara malikdir:
α - sığorta müqaviləsi bağlanarkən çəkilən xərcləri (sığorta vasitəçilərinə hesablanmış komisyon muzdlar çıxılmaqla) ifadə edən və faizlə ifadə olunan əmsaldır;
β - sığorta haqlarının ödənilməsi dövrü ərzində onlarla bağlı çəkilən xərcləri ifadə edən və faizlə ifadə olunan əmsaldır;
γ - sığorta müaviləsinin qüvvədə olduğu müddət ərzində çəkilən illik inzibati xərcləri ifadə edən və faizlə ifadə olunan əmsaldır;
- ölüm hadisəsi ilə bağlı zərərlərin tənzimlənməsi xərclərini ifadə edən və faizlə ifadə olunan əmsaldır;
- yaşam hadisəsi ilə bağlı zərərlərin tənzimlənməsi xərclərini ifadə edən və faizlə ifadə olunan əmsaldır.
Bu əmsalların qiymətləri Əlavə 2-də göstərilmişdir.
4.9. Sığortaçı həyat sığortası sinifləri (növləri) üzrə sığorta haqlarını özünün tərtib etdiyi ölüm və əlillik cədvəlinə və seçdiyi metoda əsasən hesablaya bilər. Bir şərtlə ki, komisyon muzdlar nəzərə alınmadan hesablanmış həmin sığorta haqları bu Təlimatın 4.3–4.5-ci və 4.8-ci bəndlərinə əsasən hesablanmış sığorta haqlarından az olmamalıdır.
Qeyd: Bu Təlimatın 4-cü hissəsində qeyd olunan düsturlarda əks olunan əmsallar aşağıdakı mənaları ifadə edir:
x- şəxsin yaşı
n- (il) müddət
i- faiz dərəcəsi
v- diskontlaşdırma vuruğudur
nPx- x yaşlı şəxsin n il yaşaması ehtimalı
nEx- x yaşlı şəxsin n il müddətində yaşam riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri
Si-sığorta məbləği
-annuititet ödənişlərin cari dəyəri (ildə m dəfə)
x yaşlı şəxsin qarşıdakı t il ərzində ölməsi ehtimalıdır
x yaşlı şəxsin qarşıdakı il ərzində ölməsi ehtimalıdır
- diskret hal üçün x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri
,,, , ,- komutasyon funksiyalarDiskont vurğu və yaşam ehtimalı vasitəsi ilə aşağıdakı kimi hesablanırlar.
Dx=lxx,
- illik faiz dərəcəsinin intensivliyidir
- x yaşlı şəxsin n il müddətində ölüm riskindən sığortası üzrə sığorta ödənişinin gözlənilən cari dəyəri
- x yaşlı şəxsə n il müddətində hər bir sığorta ilinin əvvəlində ödənilən vahid məbləğlərin gözlənilən cari dəyəri
- annuititet ödənişlərin cari dəyəri
m – il ərzində ödənilən annuitet ödənişlərinin sayı
-sığorta məbləği
- riyazi ehtiyat
s – interpoliasiya əmsalıdır
-qaytarılan məbləğ
lx- yaşında olanların sayı
dx- x yaşından x+1 yaşına keçdikdə ölənlərin sayı
x yaşlı şəxsin qarşıdakı il ərzində ölməsi ehtimalıdır.
5. Sığorta tariflərinin və ya sığorta haqlarının hesablanmasının nəticələrinə dair tələblər və onların rəsmiləşdirilməsi
5.1. Sığorta sinfi (növü) üzrə sığorta tariflərinin hesablanması nəticəsində aşağıdakı göstəricilər müəyyən olunmalı və əsaslandırılmalıdır:
5.1.1. xalis sığorta tarifinin baza, minimum baza və maksimum baza qiymətləri;
5.1.2. xalis sığorta tarifinin baza qiymətinə diferensiallaşdırma əmsallarının (bu əmsalların qiymətlərinin əsaslandırılması əlavə edilməklə) tətbiq olunmasını şərtləndirən risk amilləri;
5.1.3. sığortanın sinifləri (növləri) üzrə risklərin ətraflı təsnifatı;
5.1.4. sığortalıların (sığorta olunanların) kateqoriyalarından və qəbul olunan təsnifata görə sığorta risklərindən asılı olaraq sığorta tariflərinin (sığorta haqlarının məbləğlərinin) paylanması cədvəlləri.
5.2. bu təlimatın 5.1.4-cü yarımbəndinin tələbi həyat sığortası üzrə fəaliyyət göstərən sığortaçılara münasibətdə şamil olunmur.
5.3. Sığorta tariflərinin və ya sığorta haqlarının hesablanmasına dair sənəd müvafiq aktuari şəhadətnaməsinin nömrəsi və verilmə tarixi, aktuarinin adı, soyadı və atasının adı göstərilməklə onun imzası və möhürü (əgər varsa) ilə təsdiq olunmalıdır.
6. Tələb olunan kapitalın hesablanmasına dair tələblər
6.1. Tələb olunan kapital həyat və qeyri-həyat sığortaları üzrə ayrı-ayrılıqda müəyyən edilir.
6.2. Qeyri-həyat sığortası üzrə sığortaçının ödəmə qabiliyyətinin tələb olunan səviyyəsinin müəyyən edilməsi ilə bağlı aktuar hesablamalar “sığorta haqları” və “sığorta ödənişləri” metodları əsasında aparılır.
6.3. Tələb olunan kapitalın hesablanması sığorta nəzarəti orqanının qəbul etdiyi “Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları”ına əsasən tənzimlənir.
7. Məcmu kapitalın hesablanmasına dair tələblər
7.1. «Sıgorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 79.5-ci maddəsinə əsasən sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz.
7.2. Məcmu kapitalın hesablanmasında «Sıgorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilən aktivlər qrupuna sığortaçının investisiyaya yönəldilmiş öz vəsaiti nəzərə alınır.
7.3. Məcmu kapitalın hesablanmasında istifadə olunan aktivlər qrupuna müvafiq likvidlik və diversifikasiya əmsalları tətbiq edilir.
7.4. Məcmu kapitalın hesablanması sığorta nəzarəti orqanının qəbul etdiyi “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ına əsasən tənzimlənir.
8. Sığortaçının öz vəsaitinin hesablanmasına dair tələblər
8.1. Sığortaçının öz vəsaitinin hesablanmasında onun aktivlərinin məcmu balans dəyəri, sıgorta fəaliyyəti ilə baglı balans öhdəlikləri (sıgorta ehtiyatları çıxılmaqla), ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilməmis sıgorta və təkrarsıgiorta haqları (dövlət icbari şəxsi sıgortaları üzrə alınmalı olan sıgorta və təkrarsıgorta haqları istisna olmaqla), sıgorta ehtiyatları, sıgorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olundugu aktivlərinin balans dəyərlərinin məcmu məbləgi, sıgorta fəaliyyəti ilə baglı olmayan balans öhdəlikləri, balansdan kənar öhdəlikləri (ödənilməsinə zəmanət verilmis məbləglərin cəmi), «Sıgorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 63.1.1-63.1.6-cı və 64.1.1-64.1.7-ci maddələrində göstərilmiş aktivlərin qrupuna aid olmayan aktivlərin məcmu balans dəyəri nəzərə alınır.
8.2. Sığortaçının öz vəsaitinin hesablanması sığorta nəzarəti orqanının qəbul etdiyi “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ına əsasən tənzimlənir.
9. Sığorta ehtiyatlarının hesablanmasına dair tələblər
9.1. Sığorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün sığortaçılar öz öhdəliklərinə adekvat olan sığorta ehtiyatları formalaşdırırlar.
9.2. Sığortaçı “Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı”nın (BVBZE) hesablanması üçün alternativ metoddan istifadə edə bilər ki, həmin metodla hesablanmış BVBZE sığorta nəzarəti orqanının müəyyən etdiyi “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na əsasən hesablanmış BVBZE-dən az olmamalıdır.
9.3. Sığorta ehtiyatlarının hesablanması sığorta nəzarəti orqanının qəbul etdiyi “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na əsasən tənzimlənir.
10. Sığortaçıların zərərlilk dərəcəsinin hesablanmasına dair tələblər
10.1. Bu Təlimatın məqsədləri üçün zərərlilik dərəcəsi yalnız qeyri-həyat sığortası sinifləri üzrə müəyyən edilir.
10.2. Zərərlilik dərəcəsinin hesablanmasında sığorta hadisələri ilinə aid olan göstəricilərdən istifadə edilir.
10.3. Zərərlilk dərəcəsinin hesablanması sığorta nəzarəti orqanının qəbul etdiyi “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na əsasən tənzimlənir.
11. Sığorta və təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun hesablanmasına dair tələblər
11.1. Sığortaçının şəxsi tutumu sığorta və təkrarsığorta müqavilələri üzrə ayrı-ayrılıqda müəyyən edilir.
11.2. Sığortaçının şəxsi tutumu sığorta predmeti və sığorta (təkrarsığorta) müqaviləsi üzrə müəyyən edilir.
11.3. «Sıgorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 79.6-cı maddəsinə əsasən sığortaçının bir sığorta predmeti üzrə sığorta riskləri ilə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 10 faizindən çox olmamalıdır.
11.4. «Sıgorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 79.7-ci maddəsinə əsasən, həmin Qanunun 79.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, sığortaçının əmlak sığortasına aid bir sığorta müqaviləsi üzrə risklərlə bağlı şəxsi tutumunun həcmi onun məcmu kapitalının 30 faizindən çox olmamalıdır.
“Aktuar hesablamaların aparılmasına
dair Təlimat”a Əlavə 1
Ölüm cədvəli
x | lx | dx | qх | x | lx | dx | qх | x | Lx | dx | Qх |
0 | 1000 000 | 12 887 | 0,0129 | 36 | 958 740 | 1 859 | 0,0019 | 72 | 533 874 | 32 267 | 0,0604 |
1 | 987 113 | 1 906 | 0,0019 | 37 | 956 881 | 2 010 | 0,0021 | 73 | 501 607 | 33 200 | 0,0662 |
2 | 985 207 | 1 068 | 0,0011 | 38 | 954 871 | 2 276 | 0,0024 | 74 | 468 407 | 33 449 | 0,0714 |
3 | 984 139 | 701 | 0,0007 | 39 | 952 595 | 2 300 | 0,0024 | 75 | 434 958 | 34 489 | 0,0793 |
4 | 983 438 | 536 | 0,0005 | 40 | 950 294 | 2 547 | 0,0027 | 76 | 400 470 | 34 058 | 0,0850 |
5 | 982 902 | 487 | 0,0005 | 41 | 947 747 | 2 797 | 0,0030 | 77 | 366 412 | 33 118 | 0,0904 |
6 | 982 415 | 464 | 0,0005 | 42 | 944 950 | 3 016 | 0,0032 | 78 | 333 294 | 32 793 | 0,0984 |
7 | 981 951 | 429 | 0,0004 | 43 | 941 934 | 3 317 | 0,0035 | 79 | 300 501 | 31 694 | 0,1055 |
8 | 981 522 | 411 | 0,0004 | 44 | 938 616 | 3 561 | 0,0038 | 80 | 268 807 | 30 578 | 0,1138 |
9 | 981 111 | 403 | 0,0004 | 45 | 935 055 | 3 986 | 0,0043 | 81 | 238 229 | 27 247 | 0,1144 |
10 | 980 708 | 392 | 0,0004 | 46 | 931 069 | 4 296 | 0,0046 | 82 | 210 982 | 25 502 | 0,1209 |
11 | 980 316 | 375 | 0,0004 | 47 | 926 773 | 4 863 | 0,0052 | 83 | 185 480 | 24 176 | 0,1303 |
12 | 979 941 | 342 | 0,0003 | 48 | 921 910 | 5 371 | 0,0058 | 84 | 161 305 | 22 252 | 0,1380 |
13 | 979 599 | 343 | 0,0004 | 49 | 916 539 | 5 882 | 0,0064 | 85 | 139 052 | 19 549 | 0,1406 |
14 | 979 256 | 376 | 0,0004 | 50 | 910 658 | 6 653 | 0,0073 | 86 | 119 503 | 17 698 | 0,1481 |
15 | 978 880 | 429 | 0,0004 | 51 | 904 005 | 7 364 | 0,0081 | 87 | 101 806 | 16 015 | 0,1573 |
16 | 978 451 | 458 | 0,0005 | 52 | 896 642 | 7 851 | 0,0088 | 88 | 85 791 | 14 980 | 0,1746 |
17 | 977 993 | 500 | 0,0005 | 53 | 888 791 | 8 765 | 0,0099 | 89 | 70 811 | 13 613 | 0,1922 |
18 | 977 493 | 570 | 0,0006 | 54 | 880 026 | 9 798 | 0,0111 | 90 | 57 197 | 12 118 | 0,2119 |
19 | 976 923 | 600 | 0,0006 | 55 | 870 227 | 10 833 | 0,0124 | 91 | 45 079 | 10 535 | 0,2337 |
20 | 976 323 | 645 | 0,0007 | 56 | 859 394 | 11 283 | 0,0131 | 92 | 34 545 | 8 912 | 0,2580 |
21 | 975 678 | 666 | 0,0007 | 57 | 848 111 | 12 201 | 0,0144 | 93 | 25 633 | 7 308 | 0,2851 |
22 | 975 012 | 721 | 0,0007 | 58 | 835 910 | 13 131 | 0,0157 | 94 | 18 325 | 5 778 | 0,3153 |
23 | 974 291 | 757 | 0,0008 | 59 | 822 779 | 14 520 | 0,0176 | 95 | 12 547 | 4 154 | 0,3310 |
24 | 973 534 | 841 | 0,0009 | 60 | 808 260 | 15 427 | 0,0191 | 96 | 8 394 | 2 917 | 0,3476 |
25 | 972 693 | 856 | 0,0009 | 61 | 792 832 | 15 995 | 0,0202 | 97 | 5 476 | 1 999 | 0,3650 |
26 | 971 837 | 934 | 0,0010 | 62 | 776 837 | 17 634 | 0,0227 | 98 | 3 478 | 1 333 | 0,3832 |
27 | 970 903 | 979 | 0,0010 | 63 | 759 203 | 18 567 | 0,0245 | 99 | 2 145 | 863 | 0,4025 |
28 | 969 924 | 1 063 | 0,0011 | 64 | 740 636 | 20 359 | 0,0275 | 100 | 1 282 | 542 | 0,4225 |
29 | 968 861 | 1 131 | 0,0012 | 65 | 720 277 | 21 959 | 0,0305 | 101 | 740 | 328 | 0,4431 |
30 | 967 730 | 1 234 | 0,0013 | 66 | 698 318 | 23 457 | 0,0336 | 102 | 412 | 192 | 0,4647 |
31 | 966 496 | 1 271 | 0,0013 | 67 | 674 861 | 25 019 | 0,0371 | 103 | 221 | 108 | 0,4909 |
32 | 965 225 | 1 535 | 0,0016 | 68 | 649 842 | 26 318 | 0,0405 | 104 | 112 | 58 | 0,5179 |
33 | 963 690 | 1 578 | 0,0016 | 69 | 623 524 | 28 418 | 0,0456 | 105 | 54 | 54 | 1,0000 |
34 | 962 111 | 1 613 | 0,0017 | 70 | 595 107 | 29 665 | 0,0498 |
|
|
|
|
35 | 960 499 | 1 759 | 0,0018 | 71 | 565 441 | 31 568 | 0,0558 |
|
|
|
|
“Aktuar hesablamaların aparılmasına
dair Təlimat”a Əlavə 2
İllik faiz dərəcəsi və xərc əmsalları
1. Sığorta müqaviləsində göstərilən bütün valyutaların AZN olduğu hal:
Həyat sığortası sinifləri üzrə sığorta haqlarının hesablanması məqsədi ilə sığorta müddətinin hər bir sığorta ili üçün illik faiz dərəcəsinin maksimum həddi sığorta müqavilələrinin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı olaraq aşağıdakı kimi müəyyən edilmişdir:
Sığorta müddətinin illəri | Sığorta müddətinin hər bir sığorta ili üçün maksimum illik faiz dərəcəsi
|
1-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,75% |
2-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,50% |
3-cü | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0,25% |
4-cü | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi + 0% |
5-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 0,25% |
6-cı | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 0,75% |
7-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 1,25% |
8-ci | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 1,75% |
9-cu | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 2,25% |
>=10-cu | Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi - 2,75% |
2. Sığorta müqaviləsində göstərilən bütün valyutaların AZN olmadığı hal:
Bu halda, sığorta müqaviləsində göstərilən bütün valyutalar həmin müqavilənin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq, AZN-lə ifadə olunmalı və A bəndində göstərildiyi kimi hesablamalar aparılmalıdır.
3. Xərc əmsallarının qiymətləri
Xərc əmsallarının qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:
α | 0,50% |
β | 0,30% |
γ | 0,25% |
ρ1 | 3,00% |
ρ2 | 1,50% |