Azərbaycan Respublikası
Mərkəzi Bankı İdarə Heyəti
“ 18 ” yanvar 2003-ci il
tarixli qərarı ilə təsdiq edilmişdir.
Protokol N 01
Reyestr N 32
İdarə Heyətinin Sədri
_______________Elman Rüstəmov
Azərbaycan Respublikasının bank sistemində ödəniş vasitələrinin maliyyə hesabatlarında uçotu
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunlarına, «Azərbaycan Respublikasının Mülki Məcəlləsi»nə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habel Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının bank sistemində (bundan sonra «bank») ödəniş vasitələri ilə hesablaşmaların maliyyə hesabatlarında uçotunun aparılmasını müəyyənləşdirir.
1.2. Ödəniş vasitələri ilə hesablaşmaların həyata keçirilməsi üzrə hüquqi münasibətlər «Azərbaycan Respublikasının Mülki Məcəlləsi»nin tələblərinə əsasən tənzimlənir.
2. Anlayışlar
2.1. Bank sistemində ödəniş vasitələri ilə hesablaşmalar dedikdə, plastik kartlar, çeklər və digər ödəniş vasitələri ilə əməliyyatlar üzrə hesablaşmalar başa düşülür.
2.2. Plastik kartlar - kart sahibinə mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi, habelə banklardan və bankomatlardan nağd pul vəsaiti almaq imkanı verən şəxsi ödəniş vasitəsidir. Plastik kartlardan istifadə qaydası kart sahibi və emitent bank arasında qarşılıqlı öhdəliklərlə tənzimlənir.
2.3. Plastik kartlar fiziki və hüquqi şəxslərə verilir.
2.4. Bank tərəfindən hər bir kart sahibi üçün ayrıca bank hesabı açılır.
2.5. Korporativ kartlar - hüquqi şəxs olan kart sahibinə öz hesabı üzrə əməliyyatlar həyata keçirməyə imkan verən plastik kartlardır.
2.6. Plastik kartlarla əməliyyatlar iki yolla həyata keçirilir:
2.7. Bankomatlar - plastik kartlarla əməliyyatlar zamanı nağd pulların verilməsi, mal, iş və ya xidmətlərə görə nağdsız ödənişin həyata keçirilməsi və inkassasiya üçün nəzərdə tutulmuş bank avtomatlarıdır. Bundan başqa, bankomat kart sahibinə onun hesabının cari vəziyyəti haqqında məlumat (o cümlədən kağız üzərində çıxarış) almağa imkan verir.
2.8. Pos-terminallar - plastik kartların maqnit lentində və ya «çip»-də yerləşdirilmiş məlumatı oxumaq imkanına malik olan və plastik kartlar üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə bankla əlaqə yarada bilən elektron qurğulardır. Pos-terminallar ticarət və xidmət məntəqələrində yerləşdirilir.
2.9. Prosessinq mərkəzi - bankomatlar şəbəkəsinə və plastik kartları ödəməyə qəbul edən ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir təşkilat və ya bank bölməsidir. Prosessinq mərkəzi kredit təşkilatlarının məlumat mübadiləsi şəbəkəsinə çıxışa malikdir. Prosessinq mərkəzinin köməyi ilə əməliyyatların avtorizasiyaları həyata keçirilir.
2.10. Plastik kartlara xidmət prosesində meydana çıxan ödəniş öhdəliklərinin yerinə yetirilməsinin təminatçısı onu buraxan emitent bankdır. Buna görə də plastik kartlar qüvvədə olduğu bütün müddət ərzində bankın mülkiyyəti olaraq qalır, kart sahibləri (müştərilər) isə plastik kartların istifadəçisi kimi çıxış edir.
2.11. Plastik kartlar xarakterinə görə iki növə ayrılır:
2.12. Debet kartları - kart sahibinə bank hesabında olan məbləğ həddində vəsaitin birbaşa silinməsi yolu ilə mal, iş və xidmətlərə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Debet kartlarının sahibləri qabaqcadan emitent bankdakı hesabına müəyyən məbləğdə vəsait daxil etməlidir. Kartdan istifadə etməklə hesablaşmaların həyata keçirilməsi zamanı hesabda olan vəsait aparılan əməliyyata müvafiq olaraq azalır.
2.13. Kredit kartları - kart sahibinə bank krediti hesabına mal, iş və xidmətlərə görə hesablaşmaların həyata keçirilməsi və nağd pul şəklində vəsaitlərin alınmasını təmin edən plastik kartlardır. Kredit kartları üçün müəyyən limitlə müəyyənləşdirilir. Açılmış hesab üzrə vəsaitin limiti kart sahibinin vəsait xərcləməsi üçün ona açılmış kredit xəttinin həcmi ilə əlaqədar olur. Kredit birdəfəlik, həmçinin bərpa olunan ola bilər. Bank və kart sahibi arasındakı müqavilədən asılı olaraq kredit xəttinin bütün məbləği və ya bir hissəsi ödənildikdən sonra bərpa edilir.
2.14. Çek orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı sərəncamından ibarətdir.
3. Əməliyyatların balansdankənar uçotu
3.1. Ödəniş vasitələri bankın sifarişinə əsasən hazırlandıqdan sonra onların uçotu istifadəyə verilənə qədər maliyyə hesabatlarında balansdankənar hesablarda aparılır. Bu zaman aşağıdakı mühasibat yazılışı verilir:
Dt Digər sənədlər və qiymətlilər
Kt Aktivlər üçün balansdankənar kontr-hesab
3.2. Ödəniş vasitələri istifadəyə verildikdə balansdankənar hesablardan çıxarılır. Bu zaman aşağıdakı mühasibat yazılışı verilir:
Dt Aktivlər üçün balansdankənar kontr-hesab
Kt Digər sənədlər və qiymətlilər
4. Plastik kartlar üzrə əməliyyatların uçotu
4.1. Bankların maliyyə hesabatlarında plastik kartlar üzrə əməliyyatların uçotu iki hissəyə ayrılır:
4.2. Bankomatlar vasitəsilə aparılan əməliyyatlar:
4.2.1. Plastik kartlar üzrə əməliyyatlar bankomatlar vasitəsilə həyata keçirilərkən bank tərəfindən hər bir bankomat üçün ayrıca subhesab açılır. Bank tərəfindən bankomatlarda nağd pulun yerləşdirilməsi haqqında müəyyən olunmuş prosedur qaydalara riayət etməklə bankomata müəyyən məbləğdə nağd pul yerləşdirilir. Bu zaman aşağıdakı mühasibat yazılışı verilir:
Dt Bankomatlardakı nağd pul
Kt Kassa
4.2.2. Bankomatlardakı nağd pulların hərəkəti barədə Prossesinq mərkəzindən daxil olmuş məlumat əsasında aşağıdakı mühasibat yazılışı verilir:
Dt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
Kt Bankomatlardakı nağd pul
4.2.3. Bankomatdan istifadə edən kart sahibi həmin bankın müştərisi olduqda aşağıdakı mühasibat yazılışı verilir:
Dt müştərinin hesabı
Kt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
4.2.4. Bankomatdan istifadə edən kart sahibi digər bankın müştərisi olduqda, aşağıdakı mühasibat yazılışı verilir:
Dt müvafiq “nostro” müxbir hesabı
Kt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
4.2.5. Bankomatdan nağd pul müəyyən olunmuş prosedur qaydalara riayət etməklə banka təhvil verildikdə aşağıdakı mühasibat yazılışı verilir:
Dt Kassa
Kt Bankomatlardakı nağd pul
4.3. Pos-terminallar vasitəsilə aparılan əməliyyatlar:
4.3.1. Plastik kartlar üzrə əməliyyatlar Pos-terminallar vasitəsilə həyata keçirilərkən bank tərəfindən hər bir Pos-terminal sahibi üçün ayrıca subhesab açılır. Prosessinq mərkəzindən daxil olmuş məlumat əsasında aşağıdakı mühasibat yazılışı verilir:
Dt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
Kt Pos-terminalın sahibinin hesabı
4.3.2. Pos-terminaldan istifadə edən kart sahibi bankın müştərisi olduqda, aşağıdakı mühasibat yazılışı verilir:
Dt Müştərinin hesabı
Kt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
4.3.3. Pos-terminaldan istifadə edən kart sahibi digər bankın müştərisi olduqda, aşağıdakı mühasibat yazılışı verilir:
Dt Müvafiq “nostro” müxbir hesabı
Kt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
5. Çeklər üzrə əməliyyatların uçotu
5.1. Bankların maliyyə hesabatlarında çeklər üzrə əməliyyatların uçotu iki hissəyə ayrılır:
5.2. Yol çekləri üzrə əməliyyatlar:
5.2.1. Bank tərəfindən yol çeklərinin alınması üçün vəsait qabaqcadan ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:
Dt Qabaqcadan ödəmələr
Kt Müvafiq “nostro” müxbir hesabı
5.2.2. Bank tərəfindən yol çekləri alındıqda aşağıdakı mühasibat yazılışı verilir:
Dt Yol çekləri
Kt Qabaqcadan ödəmələr
5.2.3. Bank tərəfindən yol çekləri satıldıqda aşağıdakı mühasibat yazılışı verilir:
Dt Kassa/ Müştərinin hesabı
Kt Yol çekləri
5.3. Hesablaşma çekləri üzrə əməliyyatlar
5.3.1. Hesablaşma çekləri ödənilmə şərtlərinə görə iki hissəyə ayrılır:
5.3.2. Təqdim olunduğu vaxt ödənilən çeklər üzrə ödənişlər həyata keçirildikdə aşağıdakı mühasibat yazılışı verilir:
Dt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
Kt Kassa/ müştərinin hesabı
5.3.3. Bank tərəfindən ödənilmiş vəsait emitent bankdan alındıqda aşağıdakı mühasibat yazılışı verilir:
Dt Müvafiq “nostro” müxbir hesabı
Kt Ödənilməkdə olan məbləğlər və digər aktivlər
5.3.4. İnkassoya qəbul edilərək ödənilən çeklər üzrə əməliyyatlar aşağıdakı qaydada aparılır:
6. Yekun müddəalar
6.1. Bu Qaydalar 01 fevral 2003-cü il tarixdən qüvvəyə minir.
Mərkəzi Bankın
İdarə Heyətinin
Sədri E.S.Rüstəmov