“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 64.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti fəaliyyətləri (bundan sonra – lisenziyalaşdırılan fəaliyyət) ilə yalnız Qanunun 8-ci fəslinə uyğun qaydada lisenziya almış hüquqi şəxslər məşğul olurlar. Bundan əlavə, investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi fəaliyyəti ilə Qanunun 8-1-ci fəslinə uyğun qaydada lisenziya almış banklar və xarici bankların yerli filialları da məşğul olurlar.
Lisenziyalaşdırılan fəaliyyətə lisenziyanın verilməsi və ləğv edilməsi Mərkəzi Bank tərəfindən həyata keçirir.
Lisenziyalaşdırılan fəaliyyətə lisenziya müddətsiz verilir. Lisenziyadan yalnız onu almış şəxs istifadə edir və lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyalaşdırılan fəaliyyətə verilmiş lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçməmiş, xarici dövlətlərin aidiyyəti nəzarət orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə olunmayan lisenziyalaşdırılan fəaliyyətlərə yol verilmir.
Siyahısı Mərkəzi Bank tərəfindən müəyyən edilən offşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər səhmdar investisiya fondunun və idarəçinin təsisçiləri və ya səhmdarları ola bilməzlər.
Lisenziyalaşdırılan fəaliyyətlərə lisenziya alınması üçün müraciətə Mərkəzi Bank iki mərhələdə (ilkin və yekun müraciət) baxır.
Lisenziyalaşdırılan şəxslərin, habelə investisiya şirkətlərinin filial və nümayəndəliklərinin dövlət reyestrini Mərkəzi Bank aparır. Dövlət reyestrinə lisenziyalaşdırılan şəxslərin, habelə investisiya şirkətlərinin filial və nümayəndəliklərinin adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziya və ya icazələrin qeydiyyat nömrələri və tarixləri, fəaliyyətinə xitam verilməsi, investisiya şirkətlərinin göstərdiyi xidmətlər (əməliyyatlar) və fond birjasının ticarəti təşkil edəcəyi qiymətli kağız bazarlarının növləri və orqanlarının üzvləri barədə məlumatlar daxil edilir. Lisenziyalaşdırılan şəxslər, habelə investisiya şirkətlərinin filialları və nümayəndəlikləri Mərkəzi Bank tərəfindən onlara müvafiq lisenziyaların və icazələri verildiyi tarixdən etibarən dövlət reyestrinə daxil edilir.
Fond birjası, klirinq, investisiya fondunun depozitarı və investisiya şirkəti üzrə fəaliyyətin lisenziyalaşdırılması Qanunun 8-ci fəsli, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların lisenziyalaşdırılması Qanunun 8-1-ci fəsli, səhmdar investisiya fondu və ya investisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması isə “İnvestisiya fondları haqqında” Qanunun 8-ci fəslinə əsasən tənzimlənir.
Fond birjasının lisenziyalaşdırılması
190.23 KBFond birjasının ticarəti təşkil edəcəyi bazarları genişləndirmək üçün icazə almasına dair tələblər
132.97 KBXarici investisiya fondunun idarəçisinin nümayəndəliyinin fəaliyyətinə icazə verilməsinə dair tələblər
146.50 KBXarici investisiya fondunun nümayəndəliyinin fəaliyyətinə icazə verilməsinə dair tələblər
146.22 KBXarici investisiya şirkətinin filialının lisenziyalaşdırılması
166.80 KBXarici investisiya şirkətinin nümayəndəliyinin açılmasına dair tələblər
147.40 KBİnvestisiya fondlarının idarə edilməsi üzrə fəaliyyətlərə lisenziyaların alınması
208.51 KBİnvestisiya fondunun depozitarının lisenziyalaşdırılması
184.83 KBİnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların lisenziyalaşdırılması
160.84 KBİnvestisiya şirkətinin lisenziyalaşdırılması
177.09 KBİnvestisiya şirkətinin həyata keçirdiyi investisiya xidmətlərini (əməliyyatlarını) genişləndirmək üçün icazə almasına dair tələblər
138.41 KBKlirinq şirkətinin lisenziyalaşdırılması
188.88 KBSəhmdar investisiya fondu üzrə lisenziyaların alınması
175.37 KBYerli investisiya şirkətinin filialının açılmasına dair tələblər
135.27 KBYerli investisiya şirkətinin xarici filialının açılmasına dair tələblər
146.74 KB