Mərkəzi Bank makroiqtisadi sabitliyə yönəlmiş pul siyasətini davam etdirir. 2012-ci ildə orta illik inflyasiya əhəmiyyətli azalaraq 1.1% təşkil etmiş, manatın məzənnəsi sabit qalmışdır.
Sabit məzənnə və inflyasiyanın xarici ticarətdə tərəfdaş ölkələrdəki inflyasiyadan aşağı olması manatın real effektiv məzənnəsinin iqtisadiyyatın rəqabət qabiliyyətinə müsbət təsirini təmin etmişdir.
İnflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnməsi prioritetlərini nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 11 fevral 2013-cü il tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 4.75%-ə endirilməsi barədə qərar qəbul etmişdir.