Ölkədə deflyasiya proseslərinin getdiyini nəzərə alaraq iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək üçün Mərkəzi Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq pul siyasətinin yumşaldılmasını davam etdirir. Bu istiqamətdə növbəti addım kimi, bank resurslarının maya dəyərini azaltmaqla iqtisadiyyata kreditlər üzrə faiz dərəcələrinin azalmasına təsir göstərmək üçün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 2009-cu ilin may ayının 25-dən etibarən uçot dərəcəsi 3%-ən 2%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 7%-ə endirilmişdir.