Milli Bankın Mətbuat xidməti bildirir ki, qlobal iqtisadi böhranın dərinləşməsini, beynəlxalq maliyyə bazarlarında likvidliyin daha da sıxılmasını nəzərə alaraq iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək üçün Milli Bank 2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq pul siyasətinin yumşaldılmasını davam etdirir. Bu istiqamətdə növbəti addım kimi, Milli Bankın İdarə Heyətinin qərarı ilə 2009-cu ilin mart ayının 2-dən etibarən uçot dərəcəsi 5%-ən 3%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 8%-ə endirilmişdir. Eyni zamanda həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları 3%-dən 0.5%-ə salınmışdır.