1 iyul 2024-cü il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistan Respublikasına işgüzar səfəri başlayıb.
İyul ayının 3-dək davam edəcək səfər zamanı nümayəndə heyətinin Düşənbə şəhərində keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində bir sıra tədbirlərdə və ikitərəfli görüşlərdə iştirakı nəzərə tutulub.