Şahin Aydın oğlu Mahmudzadə
Mərkəzi Bankın sədrinin müşaviri1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2015-ci ildə Ankara Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2016-cı ildə Sabancı Universitetini “Maliyyə” ixtisası üzrə magistr dərəcələrilə bitirmişdir, 2013-cü ildə Erasmus Proqramı çərçivəsində Belçikanın KU Leuven universitetində “İqtisadiyyat və İdarəetmə” ixtisası üzrə 1 illik təhsil almışdır, həmçinin Chartered Financial Analyst (CFA) sertifikatına yiyələnmişdir.
Əmək fəaliyyətinə 2016-cı ildə AR Mərkəzi Bankının Pul siyasəti departamentində başlamışdır.
2018-ci ildə “Paşa Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmişdir. 2020-ci ildə Risklərin idarəedilməsi departamentinin Kredit bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində, 2021-cil ildən isə Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2023-cü ilin iyul ayından Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir.