“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya
Geniş əhali təbəqəsinin ödəniş kartlarından istifadəyə stimullaşdırılması, cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 noyabr 2020-ci il tarixindən başlayaraq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək.
Stimullaşdırıcı lotereya dövründə (1 noyabr 2020-ci il tarixindən 30 noyabr 2020-ci il tarixinədək) Azərbaycan Respublikasının ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər.
Lotereyanın uduş fondu 11 dekabr 2020-ci il tarixində oynanılacaqdır. Ümumilikdə 900 nəfərin qalib olacağı lotereyanın uduş məbləği 100 (yüz) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə müştərilər kart hesabına xidmət edən bank tərəfindən məlumatlandırılacaq.
Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:
Lotereya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə və ödəniş kartlarından istifadəyə stimullaşdırılması məqsədilə həyata keçirilir.