Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər, həmçinin sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi hesab olunan şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidir. Həmin şəxslər aşağıda qeyd olunan sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim etməlidir:
1. Namizəd tərəfindən doldurulmuş anket (Sığorta brokeri; Sığorta agenti);
2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş formada);
3. Xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanları tərəfindən verilmiş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd;
Rəhbər işçilər
Sığortaçının (təkrarsığortaçının) İdarə heyətinin, Təftiş komissiyasının sədri və üzvləri, Daxili audit xidmətinin rəhbəri və Baş mühasibi, hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmış hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyinatı verilmiş şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim edilməlidir:
2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş formada);
3. Ali təhsil haqqında sənədin (diplomun) surəti (notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş formada);
4. İş təcrübəsini təsdiq edən sənədin surəti (notariat qaydasında təsdiq olunmuş formada);
5. Sığortaçının baş mühasib vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuş şəxsin əlavə olaraq peşəkar mühasib sertifikatının surəti;
6. Xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanları tərəfindən verilmiş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd.
Aktuarilər
Aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər maliyyə nəzarəti orqanında müvafiq attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada təqdim edilməlidir:
2. Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş formada);
3. Ali təhsil haqqında sənədin surəti (notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş formada);
4. Xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanları tərəfindən verilmiş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd.