Mərkəzi Bank ölkə iqtisadiyyatında yaratdığı funksional dəyərlərə sosial dəstək istiqamətində müxtəlif sosial-mədəni layihələr icra etməklə korporativ sosial məsuliyyət fəaliyyətini həyata keçirir. Mərkəzi Bankın korporativ məsuliyyət fəaliyyəti əsasən intellektual yönünlü olmaqla təhsil, mədəniyyət, idman, ekologiya və s. kimi sosial mədəni sahələrin inkişafında yaxından iştirakı nəzərdə tutur.
Korporativ sosial məsuliyyət layihələrimiz
“Maliyyə savadlılığı” layihəsi
“Maliyyə savadlılığı” layihəsi Azərbaycan Respublikası Mərkəzi Bankının təhsillə bağlı müxtəlif intellektual əsaslı layihələrini birləşdirən xüsusi layihədir. Mərkəzi Bank hədəf qruplarının maliyyə savadlılığı və iqtisadi maariflənməsi istiqamətində sistemli şəkildə və institusional əsasda fəaliyyət göstərir. Layihənin genişmiqyaslı və çoxsaylı məhsulları barədə aşağıdakı portallardan ətraflı məlumat əldə etmək olar:
Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına müasir lisey-məktəb kompleksi
Mərkəzi Bankın dəstəyi ilə Biləsuvar şəhərində Azərbaycan Respublikasıının Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksi fəaliyyət göstərir.
Məktəbin pedoqoji kollektivi test üsulu ilə keçirilən silsilə imtahanlar vasitəsilə seçilmişdir. Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir beynəlxalq standartlara cavab verən işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğu quraşdırılıb. Liseydə 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs zalları fəaliyyət göstərir. Kompleksdə həmçinin müasir standartlara cavab verən Wi-Fi internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir, eləcə də sinif otaqlarına 5 elektron lövhə (“ağıllı lövhə”) də quraşdırılıb. Birinci mərtəbədə fəaliyyət göstərən “Açıq Sinif” otağında valideynlər arzu edilən təqdirdə dərslərin gedişatını birbaşa izləyə bilərlər.
Təhsil siteminin keyfiyyətini artırmaq məqsədi ilə liseydə ödənişsiz təhsil, lisey geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təminat, aztəminatlı uşaqlara yardım məqsədi ilə xüsusi lisey fondu, 5-40 kilometr məsafədə yaşayan şagird və müəllimlərin xüsusi avtobuslarla daşınması təşkil olunub.
Təhsil kompleksində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif klublar, dərnəklər, idman seksiyaları, mahnı və rəqs ansamblı, lisey teatrının yaradılması nəzərdə tutulub. Sosial yönlü təhsil proqramları çərçivəsində “Məktəb jurnalistikası” və “Debat” kimi layihələr həyata keçirilir.
Liseydə bir neçə xarici dilin öyrədilməsi əsas prioritetlərdən biridir.
https://www.facebook.com/bilasuvareducomplex/
#asset-2 #asset-3 #asset-4 #asset-5 #asset-6 #asset-7 #asset-8 #asset-9 #asset-10
“Kağızı emal et - ağacları xilas et” layihəsi
Mərkəzi Bankda “Kağızı emal et – ağacları xilas et” şüarı altında tullantı kağızlarının yenidən emalı sub-layihəsi həyata keçirilir. Layihənin məqsədi tullantı kağızlarını emal şirkətlərinə təhvil verərək bu tullantıların yenidən istehsala yönəldilməsi ilə ətraf mühitin və təbiətin qorunması işinə töhfə verməkdən ibarətdir. Sözügedən layihə il ərzində təqribən 4 tona yaxın kağız tullantısının emala təhvil verilməsinə imkan verir ki, bu da ildə ən azı 60 ədəd ağacın sənaye məqsədilə kəsilməsinin qarşısının alınması deməkdir.
Qanvermə aksiyası
Mərkəzi Bankda mütəmadi olaraq qanvermə aksiyası təşkil olunur.
Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının, həmçinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə keçirilən qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilir.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunur.