Ölkə ərazisində ödəniş sistemlərinin sabit, etibarlı, təhlükəsiz fəaliyyətinin təşkili, əlaqələndirilməsi, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla davamlı olaraq inkişaf etdirilməsi Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərindən biridir. Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Mərkəzi Bank aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və bank sektoru ilə birlikdə ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində davamlı olaraq ölkə miqyaslı layihələr reallaşdırır və strateji təşəbbüslər həyata keçirir.
Müasir tələblərə cavab verən Milli Ödəniş Sisteminin formalaşdırılması, habelə vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli 152 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” və 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanmış və uğurla icra edilmişdir.
2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı
2.37 MBAzərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı
99.05 KB“Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Hesabat
52.94 KB“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası haqda Hesabat (2018, IV rüb)
1.81 MB“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası haqda Hesabat (2019, illik)
1.26 MB“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası haqda Hesabat (3 illik yekun hesabat)
17.24 MB“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası haqda Hesabat (2020, illik)
17.09 MB