Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) – real vaxt rejimində işləyən, köçürmələrin ayrı-ayrılıqda hər ödəniş sənədi üzrə emal olunmasını təmin edən məcmu ödənişlər sistemidir. AZIPS-də hesablaşmalar milli (Azərbaycan Manatı - AZN) və xarici valyutalarda aparılır. Sistem 9:20-dən 17:00-a kimi iştirakçılardan ödəniş sənədlərinin qəbulunu həyata keçirir. Əməliyyatlar hər bir iştirakçının Mərkəzi Bankda açılmış müvafiq müxbir hesablarında olan vəsaitlər və digər iştirakçılardan daxil olan vəsaitlər hesabına həyata keçirilir. Müxbir hesablarda vəsait çatışmazlığı yarandıqda ödəniş sənədləri növbədə saxlanılır və iştrakçı tərəfindən təyin olunmuş prioritetlər əsasında emal olunur. Bu prioritetlər çərçivəsində ödəniş sənədləri FIFO (1-ci daxil olan 1-ci emal olunur) prinsipi ilə işlənilir. Növbədə olan sənədlər iştirakçılar tərəfindən geri çağırıla və prioritetləri dəyişdirilə bilər. Vəsait çatışmazlığından gün ərzində növbədə qalan sənədlər günün sonunda sistem tərəfindən avtomatik rejimdə ləğv olunur və bu haqda iştirakçılara müvafiq məlumat göndərilir. Gün ərzində iştirakçıların sorğuları əsasında onlara müxbir hesablarında aparılan əməliyyatlar, növbədə olan sənədlər və qalıq haqqında məlumatlar verilir. İştirakçılar sistemə 10 gün əvvəldən gələcək valyutalaşma tarixi ilə ödəniş sənədləri göndərə bilərlər.
17:00-dan 17:45-ə kimi əməliyyat günün bağlanması prosesi aparılır və iştirakçı təşkilatlara müxbir hesablarında aparılmış əməliyyatlar üzrə çıxarışlar təqdim olunur. Lakin iştirakçılardan birinin və yaxud bir neçəsinin müraciəti ilə əməliyyat günü, sistemin reqlamentində nəzərdə tutulmuş prosedur qaydalar əsasında uzadıla bilər. AZIPS-də iştirakçılarla informasiya mübadiləsi SWIFT şəbəkəsi ilə paralel olaraq yerli Qapalı Telekommunikasiya Şəbəkəsi üzərindən də aparılır. Əməliyyat gününün istənilən anında hər hansı iştirakçının sifarişi ilə onun fəaliyyəti bir şəbəkədən o birinə keçirilə bilər. Bu proses mərkəzi sistem tərəfindən idarə olunur və digər iştirakçıların faliyyətinə təsir etmir.
AZİPS-də istifadə edilən məlumat formatları və iştirakçı təşkilatların müxbir hesabları:
AZIPS-ə dair texniki sənədlər:
AZIPS-də istifadə olunan proqram təminatları:
AZIPS-də istifadə edilən elektron ödəniş və xəbərdarlıq məlumatlarının formatları
368.87 KBAZIPS-in iştirakçısı olan təşkilatların milli və xarici valyutalarda olan hesabları (08.08.2024)
212.69 KBİştirakçı təşkilatlarla məlumat mübadiləsi üçün nəzərdə tutulmuş proqram təminatının (STP Adapter) quraşdırılma və istifadə qaydaları (ingilis dilində)
2.95 MBSTP Adapter proqram təminatı
338.93 KBChangePassword proqram təminatı
3.66 MBKriptoqrafik kitabxanalar
2.61 MB