Kartla ödə, kartla qazan 2019
“Kartla ödə, kartla qazan!” adlı stimullaşdırıcı lotereya
Rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən 3 aylıq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək. Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel ayları ərzində Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində (mağaza, restoran və s.) quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə kart hesabına xidmət edən bank tərəfindən müştərilər məlumatlandırılacaq.
Ölkə üzrə ümumilikdə 1800 nəfərin qalib olacağı lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir. Hər bir ay üzrə uduş fondu aşağıdakı tarixlərdə Mərkəzi Bankda kənar qurumların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti ilə oynanılacaqdır.
1-ci tirajın uduş fondu 15 mart 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.02.2019-dan 28.02.2019-a qədər olan dövrü əhatə edir);
2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.03.2019-dan 31.03.2019-a qədər olan dövrü əhatə edir);
3-cü tirajın uduş fondu 15 may 2019-cu il tarixində oynanılacaqdır (tiraj 01.04.2019-dan 30.04.2019-a qədər olan dövrü əhatə edir).
Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:
- korporativ kartlarla aparılan əməliyyatlar;
- ləğv edilmiş (reversal) əməliyyatlar;
- istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar;
- elektron ticarət əməliyyatları.
Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə və ödəniş kartlarından istifadəyə stimullaşdırılması məqsədilə həyata keçirilir.
Tez-tez verilən suallar
- Lotereyada necə iştirak edə bilərəm?
- Lotereyaya qoşulmaq üçün xüsusi müraciət tələb olunmur. Pos-terminal vasitəsilə minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir.
- Lotereyanın uduş məbləği nə qədərdir?
- Hər qalib 50 (əlli) manat məbləğində uduş məbləği əldə edəcək.
- Lotereya neçə tirajdan ibarət olacaq və tirajlar nə vaxt keçiriləcək?
- Lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir. 1-ci tirajın uduş fondu 15 mart 2019-cu il, 2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il, 3-cü tirajın uduş fondu isə 15 may 2019-cu il tarixində oynanılacaqdır.
- Lotereyada hansı kartlar iştirak edir?
- Azərbaycanda fəaliyyət göstərən banklar və milli poçt operatoru tərəfindən emissiya edilmiş kartlar iştirak edir.
- Lotereyada iştirak hüququ verməyən əməliyyatlar hansılardır?
- korporativ kartlarla aparılan əməliyyatlar;
- ləğv edilmiş (reversal) əməliyyatlar;
- istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar;
- elektron ticarət əməliyyatları.
- Lotereyada qalib gəlmək şansını necə artırmaq olar?
- POS-terminallar vasitəsilə minimum 5 (beş) manat məbləğində aparılan hər bir nağdsız əməliyyat kart istifadəçisinə 1 şans verəcək. Daha çox əməliyyat daha çox şans deməkdir. Məs., fevral ayı ərzində 3, 5, 12, 150 manat məbləğində nağdsız əməliyyat etmisinizsə, ümumi olaraq 3 şans qazanmış olacaqsınız. Mart və aprel aylarında da eyni qaydada.
- İnternet ödənişləri də aiddir?
- Xeyr. Yalnız fiziki olaraq POS-terminal vasitəsilə aparılmış əməliyyatlar əhatə olunur.
- Qaliblər hansı üsulla seçiləcək?
- Qaliblər tirajların oynanılması tarixlərində Mərkəzi Bankda kənar qurumların nümayəndələrindən ibarət Tiraj Komissiyasının nəzarəti altında, xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim yolu ilə müəyyən olunacaq.
- Eyni kart bir tirajda neçə dəfə qalib ola bilər?
- Hər tirajda (yəni hər ayda) bir kart yalnız bir dəfə uduş qazandıra bilər. Bir kartla əməliyyatların sayı çox olduqca həmin kartın uduş şansı artmış olur.
- Lotereyada qalib olduğumu necə öyrənə bilərəm?
- Lotereyada qalib olmuş şəxs tiraj oynanıldıqdan sonra ən geci 15 (on beş) iş günü ərzində kartına xidmət edən bank tərəfindən məlumatlandırılacaq və sonra 6 (altı) iş günü ərzində uduş məbl