Klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyət növü üzrə lisenziyaya malik olan və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir. Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.
Klirinq təşkilatı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə əməliyyatların icra olunmaması risklərini azaltmaq məqsədi ilə aşağıdakı üsullardan ən azı biri tətbiq etməlidir:
Mərkəzi depozitar müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul ola bilər.