Kapital bazarının əsas iştirakçılarından biri emitentlərdir. Emitent investisiya qiymətli kağızlarının emissiyasını “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyədir. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir.
Emitentlər tərəfindən investisiya qiymətli kağızlarının (səhm və korporativ istiqraz) emissiyası aşağıdakı mərhələlərlə həyata keçirilir:
Mərkəzi Bank investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatını və emissiya prospektinin təsdiqini, həmçinin qiymətli kağızların buraxılışının və emissiya prospektlərinin dövlət reyestrini aparır.
Emitentlər “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə müvafiq olaraq, illik hesabatlarını (maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi və idarəetmə hesabatı) Mərkəzi Banka təqdim etməklə ictimaiyyətə açıqlamalıdır:
Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik hesabatlarını, həmçinin maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatlarını (aralıq maliyyə hesabatı, aralıq idarəetmə hesabatı) Mərkəzi Bankın Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlamalıdır.
İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatına alınması və dövriyyədən çıxarılması aşağıdakı qaydada həyata keçirilir:
Təqdim edilməli sənədlər | Qeyd |
1. İnvestisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə; | Ərizədə qiymətli kağızlar barədə məlumat (növü, nominal dəyəri, miqdarı) verilməli və ərizə emitentin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir. |
2. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar; | Qərar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Mülki Məcəllə) 107-6-cı maddəsinin və “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
3. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri; | |
4. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa); | İnvestisiya qiymətli kağızlarının emissiya prospekti “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 5-ci maddəsinin və “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında“ Qaydaların tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
5. İnvestisiya qiymətli kağızlarının emissiya prospektinin təsdiq edilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa); | Dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Dövlət rüsumunun ödənilməsi üçün rekvizitlər:
Benefisiar (alan) bank
Vəsaiti alan Büdcə səviyyəsinin kodu: 1 |
6. İnvestisiya qiymətli kağızlarının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxılarsa). |
Təqdim edilməli sənədlər | Qeyd |
1. Yerləşdirilən qiymətli kağızların buraxılışlarının dövlət qeydiyyatına alınması üçün ərizə; | Ərizə “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası” Qaydasının 1 saylı əlavəsinə uyğun tərtib edilməlidir. |
2. Qiymətli kağızların hər buraxılışı haqqında qərar; | Qərar Mülki Məcəllənin 107-6-cı maddəsinin və “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası” Qaydasının 2.2-ci bəndinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
3. Yenidən təşkil olunan hüquqi şəxslərin yenidən təşkili haqqında qərarların qəbul edildiyi ümumi yığıncaqların protokollarından həmin qərarlara dair yetərsayın və səsvermənin nəticələrinin əks olunduğu çıxarışlar; | |
4. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri; | |
5. Birləşmə, qoşulma və ya çevrilmə halında - təhvil aktının surəti; | |
6. Bölünmə və ya ayrılma halında - bölünmə balansının surəti; | |
7. Təminatlı istiqrazların yerləşdirilməsi zamanı onlara konvertasiya ediləcək istiqrazlar üzrə verilmiş təminatın qüvvədə olması barədə həmin təminatı təqdim etmiş şəxsin yazılı bildirişi və ya belə təminata xitam verildiyi halda, yeni təminatın verilməsini təsdiq edən sənədin surəti. |
Təqdim edilməli sənədlər | Qeyd |
1. Səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün ərizə; | Ərizə “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın 1 saylı əlavəsinə uyğun olaraq tərtib edilməlidir. |
2. Səhmlərin buraxılışı haqqında qərar; | Qərar Mülki Məcəllənin 107-6-cı maddəsinin və “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın 2.2-ci bəndinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
3. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri; | |
4. Səhmlərin nominal dəyərinin bölüşdürülməmiş mənfəətin hesabına artırılması zamanı – başa çatmış son maliyyə ili üzrə emitentin maliyyə hesabatları və onların yoxlanılması haqqında auditor rəyinin surətini və son rüb üzrə tərtib edilmiş, emitentin nizamnaməsi ilə müəyyən edilən şəxslər tərəfindən təsdiq edilmiş maliyyə hesabatları; | |
5. Səhmlərin nominal dəyərinin azaldılması zamanı - emitentin nizamnamə kapitalının azaldılması haqqında onun kreditorlarına bildirişlərin göndərilməsini təsdiq edən sənəd; | |
6. Səhmlərin birləşdirilməsi və xırdalanması zamanı - birləşdirilən və ya xırdalanan səhmlərin mülkiyyətçilərinin sayı və onların hər birinə məxsus səhmlərin sayı göstərilən siyahı. |
Təqdim edilməli sənədlər | Qeyd |
1. İnvestisiya qiymətli kağızların dövriyyədən çıxarılması üçün qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edilməsi: | |
1.1. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi; | Qərar Mülki Məcəllənin 107-6-cı maddəsinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
1.2. Qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin edilməsi üçün (qərarın surəti əlavə olunmaqla) müraciət məktubu; | |
1.3. Səhmdarların ümumi yığıncağının keçirilməsi barədə kütləvi informasiya vasitələrində verilmiş elan; | Bu bənddə tələb olunan sənədlə bağlı Mülki Məcəllənin 107-1-ci maddəsində göstərilən müddət və şərtlərə riayət edilməlidir. |
1.4. Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişlərin səhmdarlara göndərilməsini təsdiq edən sənəd; | Bu bənddə tələb olunan sənədlə bağlı Mülki Məcəllənin 107-1-ci maddəsində göstərilən müddət və şərtlərə riayət edilməlidir. |
1.5. Milli Depozit Mərkəzi tərəfindən verilmiş qiymətli kağız mülkiyyətçiləri barədə məlumat. | |
2. Qiymətli kağızların dövlət reyestrində investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması barədə qeydlərin edilməsi: | |
2.1. Geri satın alınmış qiymətli kağızların hərəkəti barədə Milli Depozit Mərkəzi tərəfindən verilmiş arayış; | Arayış Milli Depozit Mərkəzi tərəfindən Mərkəzi Banka təqdim edilir. |
2.2. Qiymətli kağızların geri satın alınmasının nəticələri haqqında məlumat. | Məlumat “İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”nın 2.16-cı bəndinin tələblərinə müvafiq qaydada emitent tərəfindən tərtib edilərək Mərkəzi Banka təqdim edilir. |
Təqdim edilməli sənədlər | Qeyd |
1. İnvestisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə; | |
2. İnvestisiya qiymətli kağızlarının buraxılışı haqqında qərar; | Qərar Mülki Məcəllənin 107-6-cı maddəsinin və “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 4-cü maddəsinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
3. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri; | |
4. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti (investisiya qiymətli kağızlarının emissiyası emissiya prospekti ilə müşayiət olunarsa); | İnvestisiya qiymətli kağızlarının emissiya prospekti “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 5-ci maddəsinin və “Emissiya prospekti və informasiya memorandumuna dair tələblər haqqında“ Qaydaların tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
5. Emitent dövlət büdcəsindən maliyyə yardımı və ya investisiya yönümlü təxsisat alan, habelə, dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olduqda xarici borclanmağa Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığı. |
Təqdim edilməli sənədlər | Qeyd |
1. Ərizə; | Ərizə müvafiq qərarın qəbul edildiyi gündən beş iş günü ərzində Mərkəzi Banka təqdim edilməlidir. |
2. Dəyişikliklərin qəbul edilməsi barədə qərar; | Emissiya prospektində dəyişikliklər barədə qərarı emitentin investisiya qiymətli kağızlarının emissiyası haqqında qərarı qəbul etmiş orqanı qəbul etməlidir. |
3. Dəyişikliklərin mətni və əsaslandırılma. |
Buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi
Təqdim edilməli sənədlər | Qeyd |
1. Müraciət məktubu; | |
2. Dəyişikliklərin qəbul edilməsi barədə qərar; | Qərar Mülki Məcəllənin 107-6-cı maddəsinin tələblərinə müvafiq qaydada tərtib edilməlidir. |
3. Dəyişikliklərin məzmunu. |
Təqdim edilməli sənədlər | Qeyd |
1. Müraciət məktubu; | |
2. Qiymətli kağızların emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabat; | Hesabat “İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və yerləşdirilməsi haqqında Qaydalar”ın 1 saylı əlavəsinə uyğun olaraq tərtib edilməlidir. |
3. Yerləşdirilmiş qiymətli kağızların sayı barədə Milli Depozit Mərkəzi tərəfindən verilən arayış. |
Birləşmə, bölünmə, ayrılma və ya çevrilmə halında qiymətli kağızlar buraxılışı zamanı qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatı təsdiq edilməsi “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası Qaydası”nın 4-cü bəndinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Təqdim edilməli sənədlər | Qeyd |
1. Müraciət məktubu; | |
2. Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabat; | Hesabat “Hüquqi şəxslərin yenidən təşkili zamanı investisiya qiymətli kağızlarının emissiyası və konvertasiyası Qaydası”nın 2 saylı əlavəsinə uyğun olaraq tərtib edilməlidir. |
3. Yerləşdirilmiş qiymətli kağızlar barədə Milli Depozit Mərkəzi tərəfindən verilən arayış. |
Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsi “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın 5-ci bəndinin tələblərinə uyğun həyata keçirilir.
Təqdim edilməli sənədlər | Qeyd |
1. Ərizə; | Ərizə “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar“ın 2 saylı əlavəsinə uyğun olaraq tərtib edilməlidir. |
2. Səhmlərin emissiyasının yekunları haqqında hesabat; | Hesabat “Səhmlərin birləşdirilməsi, xırdalanması və onların nominal dəyərinin artırılması zamanı səhmlərin emissiyası haqqında Qaydalar”ın 3 saylı əlavəsinə uyğun olaraq tərtib edilməlidir. |
3. Yerləşdirilmiş qiymətli kağızlar barədə Milli Depozit Mərkəzi tərəfindən verilən arayış. |