Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən (https://www.cbar.az) istifadəyə dair
Məxfilik siyasəti
1. Ümumi müddəalar
1.1. Bu Məxfilik siyasəti Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi - https://www.cbar.az-dan (bundan sonra – internet səhifəsi) istifadə zamanı avtomatik toplanılan, həmçinin internet səhifəsinə daxil olan, onun funksionallığından istifadə edən, xidmətlərindən yararlanan və ya sayta məlumatlarını daxil edən istənilən şəxs (bundan sonra - istifadəçi) tərəfindən təqdim olunan fərdi məlumatların toplanılması, emalı, mühafizəsi, ötürülməsi və açıqlanması ilə bağlı Məxfilik siyasətini müəyyən edir.
1.2. İnternet səhifəsi vasitəsilə təqdim edilən fərdi məlumatların toplanılması, emalı və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və digər hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
1.3. Bu Məxfilik siyasətində “məlumatlar” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.3.1. istifadəçinin adı, soyadı, ata adı, doğum tarixi;
1.3.2. istifadəçinin əlaqə məlumatları (telefon nömrəsi, elektron poçt ünvanı, qeydiyyat ünvanı və faktiki ünvanı);
1.3.3. istifadəçinin cihaz məlumatları (IP ünvanı, cihaz növü və modeli, əməliyyat sistemi, brauzer növü və s.);
1.3.4. istifadəçinin lokasiya məlumatları;
1.3.5. internet səhifəsindən istifadə zamanı avtomatik toplanılan texniki və davranış məlumatları;
1.3.6. cihaz icazələri əsasında əldə edilən digər məlumatlar (mövcud olduqda);
1.3.7. istifadəçi tərəfindən təqdim edilən digər məlumatlar;
1.4. İstifadəçi internet səhifəsindən istifadə etməklə təqdim etdiyi məlumatların bu Məxfilik siyasətinə uyğun olaraq toplanılmasına və emalına razılıq vermiş hesab olunur.
1.5. İstifadəçilərə internet səhifəsindən istifadə etməzdən əvvəl bu Məxfilik siyasəti ilə tanış olmaları tövsiyə olunur.
1.6. Toplanılan məlumatlardan yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və bu Məxfilik siyasətinin 3-cü bəndində qeyd olunan məqsədlər üçün istifadə oluna bilər.
1.7. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə və bu məlumatları təqdim etmək səlahiyyətinə malik olmasına görə məsuliyyət daşıyır.
2. Məlumatların toplanılma üsulları
2.1. Məlumatlar aşağıdakı vasitələrlə toplanıla bilər:
2.1.1. Kuki faylları (Cookies) – istifadəçi təcrübəsinin yaxşılaşdırılması, funksionallığın təmin edilməsi və statistik təhlil məqsədilə istifadə olunur. İstifadəçi brauzer parametrləri vasitəsilə kukilərdən istifadəni məhdudlaşdıra və ya rədd edə bilər.
2.1.2. Analitik alətlər – internet səhifəsinin istifadəsi ilə bağlı ümumiləşdirilmiş və anonim statistik məlumatların toplanılması üçün istifadə olunur.
2.1.3. Server qeydləri (logs) – təhlükəsizlik, inzibati nəzarət və texniki problemlərin aradan qaldırılması məqsədilə istifadə olunur.
3. Məlumatların toplanılma məqsədləri
3.1. Toplanılan məlumatlar aşağıdakı məqsədlərlə emal edilir:
3.1.1. internet səhifəsinin funksionallığının təmin edilməsi;
3.1.2. istifadəçi müraciətlərinin (ərizə, sorğu, şikayət və s.) cavablandırılması;
3.1.3. xidmətlərin keyfiyyətinin artırılması və təhlillərin aparılması;
3.1.4. statistik və analitik məlumatların hazırlanması (anonimləşdirilmiş formada);
3.1.5. istifadəçi ilə əlaqənin təmin edilməsi;
3.1.6. qanunvericiliyin tələblərinin yerinə yetirilməsi.
4. Məlumatların ötürülməsi və açıqlanması
Toplanılan məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanlarına ötürülə bilər.
5. Məlumatların saxlanma müddəti
Məlumatlar qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, yalnız emal məqsədləri üçün zəruri olan müddət ərzində saxlanılır.
6. Məxfilik siyasətinə dəyişikliklər
6.1. Bu Məxfilik siyasəti zərurət olduqda mütəmadi olaraq yenilənə bilər.
6.2. Bu Məxfilik siyasətinin yenilənmiş versiyası Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc edildiyi andan qüvvəyə minir.
7. Yekun müddəa
Mərkəzi Bank fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini rəhbər tutur. Bu Məxfilik siyasəti ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
Son yenilənmə tarixi: 11.06.2026