Mərkəzi Bankın İdarə Heyətinin 13 mart 2024-cü il tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”ya QR kod ödənişləri ilə bağlı anlayışlar, QR kod ilə ödəniş əməliyyatlarının aparılması üzrə yeni tələblər daxil edilmişdir.
Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçıları tərəfindən tərtib olunan QR kod Mərkəzi Bankın İdarə Heyətinin 12 noyabr 2025-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün tərtib olunan AZQR koda dair Tələblər”nə uyğun olmalıdır. Müvafiq sənəddə AZQR kodun tərtib edilməsinə, formatına, o cümlədən AZQR koda daxil edilən sahələrə dair minimum tələbləri müəyyən edir.