Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vətəndaşların qəbul edilməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na və Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasının Mərkəzi Bankında istehlakçıların və investorların müraciətlərinə baxılması və qəbulu” Qaydalarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Mərkəzi Bankda vətəndaş qəbulu 3 formada aparılır:
1. Mərkəzi Bankın Bakı şəhəri Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlməklə “Qəbulotağı”nda yerində qəbul formasında
Vətəndaşların Mərkəzi Bankın müvafiq struktur bölməsinin əməkdaşı tərəfindən qəbulu “Qəbul otağı”ndaonlayn növbə əldə etməklə və ya əvvəlcədən ərizə yazmaqla aparılır.
2. Videoqəbul formasında
Mərkəzi Bankda videoqəbul “Skype” proqramı vasitəsilə həyata keçirilir. Videoqəbulda iştirak etmək istəyən istehlakçılar Mərkəzi Banka rəsmi qaydada məktub ünvanlamaqla, Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə və 055 966 1 966 “Whatsapp” nömrəsinə mesaj yazmaqla məlumat verə bilərlər.
3. Səyyar qəbul formasında
Mərkəzi Bank tərəfindən ölkənin müxtəlif bölgələrindən daxil olan müraciətlərin sayı və məzmununa əsaslanaraq istehlakçıların səyyar qəbulu təşkil edilə bilər. İstehlakçıların səyyar qəbulu ilə bağlı elan Mərkəzi Bankın rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində dərc edilir. Azərbaycan Respublikasının müxtəlif regionlarında keçiriləcək səyyar qəbulun tarixi və yeri əvvəlcədən müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
Səyyar qəbulda iştirak etmək məqsədilə yalnız həmin qəbulun keçirildiyi bölgənin əhatə etdiyi inzibati-ərazi vahidlərində qeydiyyatda olan və ya faktiki yaşayan istehlakçılar qəbul üçün müraciət etmə səbəblərini göstərməklə müəyyən olunmuş qaydada qəbula yazılırlar. Səyyar qəbulun keçiriləcəyi inzibati ərazi vahidində qeydiyyatda olan və ya faktiki yaşayan və qəbula yazılmaq istəyən istehlakçıların yazılı və şifahi müraciətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır. Qəbulla bağlı qeydiyyata alınmış istehlakçıların siyahısı və yazılı müraciətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Mərkəzi Banka ötürülür. Qeydiyyata alınan istehlakçılar müraciətin qeydiyyata alınma ardıcıllığına uyğun olaraq qəbul edilir, fiziki imkanları məhdud vətəndaşların qəbulu isə ilk növbədə həyata keçirilir.
Qəbula gələn vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd əsasında eyniləşdirilməsi, fiziki və ya hüquqi şəxsinnümayəndəsinin isə həmçinin səlahiyyətlərini təsdiq edən sənəd əsasında səlahiyyətlərinin yoxlanılması Mərkəzi Bank tərəfindən həyata keçirilir.
Vətəndaşlar Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasına yaxınlaşmaqla, "966" qaynar xətt vasitəsilə, onlayn müraciət və "WhatsApp" nömrəsinə müraciət etməklə qəbulda iştirak edə bilərlər.
|
Vətəndaşlar videoqəbulda qəbula yazılmadan rəsmi iş günlərində saat 10:00-dan 11:00-dək Skype proqramı vasitəsilə keçidə daxil olmaqla iştirak edə bilərlər.
Qeyd: Videoqəbulla bağlı nəzərdə tutulmuş saatlarda əlaqə saxlaya bilməyən vətəndaşlar Mərkəzi Bankın “966” qaynar xəttinə zəng etməklə, rəsmi müraciət ünvanlamaqla və ya 055-966-19-66 “Whatsapp” nömrəsinə mesaj yazmaqla videoqəbula yazıla bilərlər.