Azərbaycan Respublikasnın Mərkəzi Bankı qanunvericilikdən irəli gələrək ölkə ərazisində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında Qanununa əsasən pul nişanlarının saxta olması barədə ekspert rəyini Mərkəzi Bank verir.
Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir.
Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Mərkəzi Banka təhvil verilir.
Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Cinayət məcəlləsinə əsasən satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə istiqamətində Mərkəzi Bank kredit təşkilatları, adiyatı dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları eləcə də, beynəlxalq təşkilatlarla (İnterpol, CBCDG, İCDC və s.) əməkdaşlıq edir.
Mərkəzi Bankın ekspertiza potensialı
Mərkəzi Bankda pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara cavab verən biznes proseslər yaradılmış və yüksək texnoloji sitemlərlə təchiz olmuş laboratoriya fəaliyyət göstərir.
#asset-1#asset-2#asset-3#asset-4#asset-5
Təlim Proqramları və marifləndirmə
Mərkəzi Bank tərəfindən saxtakarlığa qarşı mübarizənın effektiv təşkili, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması, bu sahədə əhanin marifləndirilməsi, habelə nağd pulla əməliyyat aparan mütəxəsislərin ixtisaslaşma səviyyəsnin yüksəldilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları, eləcə də pərakəndə ticarət müəssisələri və hüquq mühafızə orqanlarının əməkdaşları üçün xüsusi təlim proqramı əsasınsa nəzəri-praktik seminarlar təşkil edilir və müvafiq texniki yardımlar göstərilir. Bununla yanaşı, Mərkəzi Bankın Maliyyə savadlılığı Proqramı çərçivəsində ali və orta məktəb tələbələri üçün treyninqlər həyata keçirilir.
#asset-6#asset-7#asset-8#asset-9
Saxta pul nişanlarının monitorinqi sistemi
Azərbaycan Mərkəzi Bankı saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparlıması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin və informasiya axınlarının avtomatlaşdırılması və geniş analitik hesabatlığın formalaşdırılması, saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması və bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması, eləcə də manatın mühafizə sisteminin daha da inkişaf etdirilməsi üçün tədqiqat potensialının formalaşdırılması məqsədilə “Saxta Pul nişanlarının Monitorinqi Sistemi”ni yaratmışdır.
Pul nişanlarının ekpertizası və dəyişdirilməsi
Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə və Azərbaycan Mərkəzi Bankının “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”nın 3.3 bəndinə uyğun olaraq tədavülə yararlı, yararsız və həqiqiliyi şübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət, səthinin 60%-dən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış pul nişanları banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.
Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur (Cədvəllər). Əskinasların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək məqsədi ilə onları banklara, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq ödəmədən təqdim edə bilərlər. Ekspertiza üçün pullar fiziki və hüquqi şəxslərdən ərizə əsasında (Ərizə forması) qəbul edilir. Ərizə üç nüsxədən ibarət tərtib edilir. Onun bir nüsxəsi müvafiq qeydlə müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri isə pul nişanı ilə birlikdə ekspertiza üçün Mərkəzi Banka və ya onun qurumlarına təqdim edilir.
Banklar aşkar etdiyi səthi müəyyənləşdirə bilinməyən, bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış, həqiqiliyi şübhə doğuran, ekspertiza üçün qəbul etdiyi milli pul nişanlarını (ərizənin bir nüsxəsi ilə birlikdə) üç iş günündən gec olmayaraq Mərkəzi Banka və ya onun qurumlarına ərizə ilə (Ərizə forması) təqdim edirlər.
Qüsurlu pullar yalnız bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxladıqda nominal dəyəri ödənilir. Pulların qüsurlu olub-olmaması Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Zədələnmiş pullarla nə etməli?
Videoçarx: https://bizimpullar.az/blocks/index?category=money
Saxta pul nişanlarına dair statistik məlumatlar
Mərkəzi Bank tərəfindən aşkar olunmuş saxta pul nişanlarının dinamikası, ədədlə
2006-2020-ci illər ərzində Mərkəzi Bank tərəfindən aşkar olunmuş
saxta pul nişanlarının strukturu, faizlə
Pul nişanları ilə davranış
Həqiqiliyi şübhə doğuran pul nişanları ilə hüquq çərçivəsində rəftar edək.
Pul nişanlarını əzmək, cırmaq, üzərində yazılar yazmaq olmaz. Pul nişanlarını cüzdanda saxlamaq lazımdır.