“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş sistemi operatoru (Mərkəzi Bank istisna olmaqla) ödəniş sistemləri sahəsində fəaliyyətini lisenziya aldıqdan sonra həyata keçirə bilərlər.
Ödəniş sistemi – ödəniş əməliyyatlarının emalı, klirinqi və (və ya) hesablaşmaların aparılması üzrə rəsmiləşdirilmiş və standartlaşdırılmış ümumi mexanizm və qaydalara malik, üç və daha artıq iştirakçının üzv olduğu pul vəsaitinin köçürülməsi sistemi;
Ödəniş sistemi operatoru – Qanuna uyğun olaraq ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs.
Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Reyestrə nəzarət subyektlərinin, onların filial və nümayəndəliklərinin adları, hüquqi ünvanı, rəhbər şəxslərinin adları, verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrəsi və tarixi, həyata keçirilməsinə lisenziya verilmiş fəaliyyət növü, o cümlədən ödəniş agentlərinin adı, ünvanı, rəhbər şəxsləri (hüquqi şəxs olduqda), həyata keçirilmələrinə icazə verilmiş fəaliyyət növləri, fəaliyyətinə xitam verilmiş nəzarət subyektləri və ödəniş agentləri barədə məlumatlar daxil edilir.
Lisenziya nömrəsi | ÖSO-001 |
Lisenziya verilmə tarixi | 12.09.2024 |
VÖEN | 1400318341 |
Hüquqi ünvanı | AZ1005, Bakı ş, Nəsimi r, Nizami küç., ev 67 |
Əlaqə məlumatları | +99412 505 21 51; |
Lisenziya verilmiş fəaliyyət növü |
ödəniş sisteminin operatoru
|
Əmtəə nişanı | "azericard" |
Müşahidə şurasının sədri | Həbibullayev İlham Səbahəddin oğlu |
Müşahidə şurasının üzvləri | Məmmədov Zamiq İsa oğlu Şenyuva Nihat Yusuf oğlu Qarayev Ceyhun Eldar oğlu Şahverdiyev Vüsal İlqar oğlu |
Audit komitəsinin sədri | Qurbanov Elgün Səfər oğlu |
Audit komitəsinin üzvləri | Qocayev Anar Elman oğlu Rəhimov Fariz Faiq oğlu |
İdarə Heyətinin sədri | Quliyev Fərid Fuad oğlu |
İdarə heyətinin üzvləri | Əhmədov Zakir Zirəddin oğlu Məmmədzadə Fərid Faiq oğlu |
Təkbaşına rəhbəri | Quliyev Fərid Fuad oğlu |