IBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Azərbaycanda bank hesab nömrələrinə IBAN-ın tətbiqinin məqsədi banklarda, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatorunda və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində (bundan sonra - maliyyə institutları) mövcud olan hesab nömrələrinin beynəlxalq standartlar əsasında unifikasiya olunmasıdır.
#asset-1
#asset-2
Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar
- IBAN nədir?
- Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.
- IBAN-ın tətbiq edilməsində məqsəd nədir?
- Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsini təkmilləşdirmək, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsini yüksəltmək, bank hesablarının strukturundakı pərakəndəliyi aradan qaldırmaq və əməliyyat risklərini minimallaşdırmaqdır.
- IBAN layihəsinə nə vaxtdan start verilmişdir?
- Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində yaradılmış İşçi Qrupu (İQ) tərəfindən IBAN layihəsinin tətbiqinə başlanılmışdır.
- Azərbaycanda IBAN-ın strukturu necədir?
- Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır:
- IBAN hansı hesablara tətbiq edilir?
- IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.