Mərkəzi Bankda yubileyə həsr olunmuş tədbir
8 may 2013-cü il tarixində Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilmişdir.
“Heydər Əliyev və maliyyə-kredit sistemi. Nailiyyətlər və çağırışlar” mövzusunda konfrans
27 aprel 2013-cü il tarixində Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və maliyyə-kredit sistemi. Nailiyyətlər və çağırışlar” mövzusunda konfrans keçirilmişdir.
Konfransdan öncə iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmişdir. Konfransda məruzələr dinlənilmiş, sonda müsabiqə qalibləri mükafatlandırılmışdır.
“Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri” mövzusunda seminar
4 may 2013-cü il tarixində yubiley münasibəti ilə Biləsuvar şəhərində “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri mövzusunda seminar keçirilmişdir.
Seminar iştirakçıları öncə Biləsuvar şəhərində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış heykəlin önünə gül dəstəsi qoymuşlar. Bundan sonra Mərkəzi Bankın Biləsuvar Regional Mərkəzində seminar öz işinə başlamışdır.
"Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda referat müsabiqəsi
Müasir Azərbaycanın iqtisadi yüksəlişinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin Azərbaycan bankçılığının modernizasiyası sahəsində apardığı siyasətin, həyata keçirdiyi islahatların tələbə-gənclər tərəfindən dərindən öyrənilməsini stimullaşdırmaq üçün Mərkəzi Bank tərəfindən tələbələr arasında "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda ən yaxşı referat müsabiqəsi keçirilmişdir.
Müsabiqyə təqdim olunmuş referatların yoxlanılması və qiymətləndirilməsi Mərkəzi Bankın məsul şəxslərindən ibarət Münsiflər heyəti tərəfindən aparılmışdır. Nəticələrə görə, Aysel Quliyeva (ADİU) və Bəhman Hüseyinli (ADİU) II yerə, Aynur Əliyeva (ADİU) və Aysel Soltanlı (Qafqaz Universiteti) III yerə layiq görülmüşdür. Qaliblər pul mükafatı, Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə hazırlanan pul nişanı və müvafiq diplomlarla təltif olunmuşdur.
Şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Azərbaycanda, o cümlədən Naxçıvan MR-da şahmatın təbliği və inkişafı məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Naxçıvan MR Şahmat Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş «Naxçıvan Оpen - 2013» Beynəlxalq şahmat Festivalı keçirilmişdir.
Şahmat turniri
16-18 aprel 2013-cü il tarixində Biləsuvar şəhərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilmişdir. Turnirdə rayonun ümumtəhsil məktəblərinin 16 yaşa qədər şagirdləri iştirak etmişlər. Turnir Mübariz İbrahimov adına Biləsuvar litseyməktəb kompleksində təşkil olunmuşdur.
Pul nişanları
Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 yanvar 2013-cü il tarixli 2679 saylı Sərəncama əsasən Mərkəzi Bank tərəfindən yubiley münasibəti ilə 3-cü nəsil qızıl pul nişanların istehsalı təşkil edilmişdir.
Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında 3 növdə ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil pul nişanlarında milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda Ulu Öndərin portreti əks olunmuşdur. Sikkələr ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun dizayn edilmişdir.
Sikkələrin birinci növünün çəkisi 1 troy unsiyası (31,21 qr), ikinci növünün çəkisi 10 troy unsiyası (313 qr), üçüncü növünün çəkisi isə 1 kq təşkil edir.