İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin və rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23 fevral 2017-ci il tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanlarına, habelə 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamına müvafiq olaraq,
Azərbaycan Respublikasının Mərkəzi Bankında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin və rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı aşağıdakı kimi təsdiq edilmişdir:
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər:
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Mərkəzi Bankın baş direktorları və direktorları tərəfindən tərtib edilir.