Mərkəzi Bankın 20 illik yubiley mərasimi
Azərbaycan Mərkəzi Bankının fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə həmçinin yubiley münasibətilə hazırlanmış poçt markasının təqdimatı, eləcə də məqalə müsabiqəsinin və referat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Mərkəzi Bankın 20 illik fəaliyyətini əks etdirən “Azərbaycan Mərkəzi Bankı – 20 ildə” adlı film nümayiş etdirilmişdir.
Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşları təltif edilmişlər.
Sədr Rüstəmov Elman Sirac oğlu “Şöhrət” ordeni ilə, sədrin birinci müavini Quliyev Alim Səlim oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bir qrup əməkdaş isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Referat müsabiqəsi
Azərbaycan Mərkəzi Bankı Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə Mərkəzi Bankın fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə 16-31 yanvar 2012-ci il tarixində “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda tələbələr və magistrlər arasında referat müsabiqəsi keçirmişdir.
Qiymətləndirmənin nəticələrinə görə ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Əliyeva Aynur birinci yerə, ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Mirzəzadə Lalə ikinci yerə, ADA-nın 1-ci kurs magistri Vəliyev Samir isə üçüncü yerə layiq görülmüşdür. Qaliblər mükafatlandırılmışdır.
Məqalə müsabiqəsi
Mərkəzi Bank fəaliyyətinin 20 illiyi münasibəti ilə 5 sentyabr – 30 dekabr 2011-ci il tarixləri ərzində “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsi kecirilmişdir.
Qiymətləndirmənin nəticələrinə görə F.Əlizadə ikinci, Ə.Abdulla üçüncü yerə layiq görülmüşdür.
R.Nəsirov, A.Hacıyev və İ.Məmmədli isə həvəsləndirici mükafatlarla təltif olunmuşlar.
Pul nişanları
Mərkəzi Bankın 20 illik yubileyi münasibətilə çəkisi 31,1 qr, diametri isə 37 mm. olan 1000 ədəd gümüş pul nişanları dövriyyəyə buraxılmışdır.
Poçt markası
Azərbaycan Respublikası Mərkəzi Bankın 20 illik münasibəti ilə xususi poct markasi istehsal olunub dovriyyəyə buraxılmışdır. Poçt markası Mərkəzi Bankın yubileyi ilə bağlı buraxılmış xüsusi gümüş sikkə ilə vahid dizayn konsepsiya əsasında hazırlanmışdır.