Mərkəzi Bankın qaynar xətt nömrələri ilə hər hansı səbəbə görə əlaqənin yaradılmasında çətinlik yarandıqda Mərkəzi Bankın whatsapp xidmətinə keçid etməklə geri əlaqə yaradılması üçün müraciət edilə bilər. Eyni zamanda qaynar xətt nömrələri ilə əlaqə saxlanıldığı zaman “1” düyməsi seçilməklə geri əlaqə yaradılması sifariş edilə bilər. Müraciət edildikdən qısa müddət ərzində müraciət müəllifi ilə əlaqə yaradılacaq.
Diqqət!
Bu xidmət iş günləri hesab edilən bazar ertəsi-cümə günləri saat 09:00-dan 17:00-dək istifadə edilir.