Mərkəzi Bankın əsas vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür. Mərkəzi Bank tərəfindən həmin şəxslərdən daxil olmuş bank, bank olmayan kredit təşkilatları, sığorta, qiymətli kağızlar bazarı, səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahələri, investisiya fondları və poçt rabitəsinin milli operatoruna və Mərkəzi Bankın digər nəzarət subyektlərinə aid müraciətlərə baxılır.
Mərkəzi Banka daxil olan yazılı müraciətlər Katiblik tərəfindən qeydiyyata alınır və müvafiq struktur bölməyə yönləndirilir.
Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan müraciətlərin daxil olduğu vaxtdan 3 (üç) iş günü ərzində aidiyyəti üzrə digər səlahiyyətli orqanlara, surətinin isə müraciət edən şəxsə göndərilməsi müvafiq struktur bölmə tərəfindən təmin edilir.
Müraciətdə qeyd edilən məsələlərin həlli Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin səlahiyyətlərinə aiddirsə, həmin müraciət aidiyyəti üzrə baxılması üçün nəzarət subyektlərinə göndərilir. Müraciətlər aidiyyəti üzrə Mərkəzi Bankın nəzarət subyektlərinə göndərildikdə bu barədə müraciət edən şəxsə məlumat verilir.
İstehlakçıların qanunla müəyyən edilmiş hüquqlarının pozulması barədə şikayətlər daxil olduqda, həmin şikayətlər üzrə araşdırma başlanır. Şikayət ərizəsi əsasında nəzarət subyektinə sorğu məktubu göndərilir. Müraciətdə qeyd olunan məsələlərin hərtərəfli araşdırılması məqsədilə rəylərin alınması üçün zərurət yarandıqda Mərkəzi Bankın digər struktur bölmələrinə xidməti məktublar ünvanlanır. Araşdırma aparılması məqsədilə Mərkəzi Bank tərəfindən şikayət edilmiş müvafiq subyektlərdən zəruri sənədlər və məlumatlar alınır, zərurət yarandığı təqdirdə müraciət edən vətəndaşların iştirakı ilə görüşlər təşkil olunur. Araşdırma prosesinin müddəti uzandıqda vətəndaşa müraciətin araşdırma mərhələsində olması ilə bağlı aralıq məktub göndərilir.
Müraciətdə şikayət edilən subyektin adı qeyd edilmədikdə müraciət edən şəxsə şikayət etdiyi subyektin adını dəqiqləşdirməklə yenidən müraciət etməsi barədə cavab məktubu göndərilir.
Müraciətdə qeyd edilən faktları və ya müraciət edən şəxsin tələblərinin/təkliflərinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadıqda və ya onlar arasında məntiqi əlaqə anlaşılmadıqda müraciət edən şəxsə həmin məsələlərin aydınlaşdırılması (dəqiqləşdirilməsi) və yenidən Mərkəzi Banka müraciət etməsi barədə məktub göndərilir.
Qeyd: Mərkəzi Bankın səlahiyyətlərinə aid deyildir:
|
Mərkəzi Bankın rəsmi internet səhifəsində onlayn müraciət etməklə
|
Mərkəzi Bankın AZ1000, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına rəsmi qaydada məktub ünvanlamaqla |
|
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu
122.52 KB“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
290.20 KB“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
399.91 KB"Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"
55.33 KBƏrizə forması
189.39 KB