- Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasının Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunda işgüzar səfərdə olub
Səfər çərçivəsində keçirilən görüşlərdə sığorta sahəsində istehlakçıların hüquqlarının müdafiəsi, bu istiqamətdə təşkilat tərəfindən istehlakçılara göstərilən xidmətlər, həmçinin əlilliyi olan şəxslər üçün maliyyə inklüzivliyi mövzuları müzakirə olunub. Bununla yanaşı, istehlakçı müraciətləri, onların izlənilməsi və monitorinqi prosesi, eləcə də müraciətlərin alternativ həlli mexanizmi üzrə fikir mübadiləsi aparılıb.
#asset-35
- Xızı rayonunda vətəndaşların səyyar qəbulu keçirilib
Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq 3 dekabr 2025-ci il tarixində Xızı rayonunda vətəndaşların səyyar qəbulu həyata keçirilib.
Vətəndaşların müraciətləri əsasən kredit istəyi və kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, fəaliyyəti dayandırılmış filialın yenidən bərpası ilə bağlı təklif və sorğular ilə bağlı olub.
Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və qanunvericiliyə uyğun atıla biləcək addımlar onlara izah olunub.
Vətəndaşlar səyyar qəbullarla bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.
- Mərkəzi Bank DOST Agentliyinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərə kreditlərin və həyat sığortalarının verilməsi” mövzusunda keçirilən müzakirədə iştirak edib
Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov “Əlilliyi olan şəxslərə kreditlərin və həyat sığortalarının verilməsi” mövzusunda keçirilmiş görüşdə iştirak edib.
DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə əlilliyi olan şəxslərin hüquqlarının qorunması və maliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi istiqamətində görülmüş işlər ilə bağlı müzakirələr aparılıb.
Murad Məmmədov Mərkəzi Bankın dəstəyi ilə maliyyə institutları ilə birgə həyata keçirilmiş təşəbbüslər barədə məlumat verib.
#asset-34
- Şirvan şəhərində vətəndaşların səyyar qəbulu keçirilib
Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən görülən mütəmadi tədbirlərin davamı olaraq 05 noyabr 2025-ci il tarixində Şirvan şəhərində vətəndaşların səyyar qəbulu həyata keçirilib.
Vətəndaşların müraciətləri əsasən rəsmiləşdirilmiş kredit müqavilələri üzrə mövcud faiz dərəcələrinin aşağı salınması, aylıq kredit ödəniş məbləğlərinin azadılması olmaqla, ümumilikdə kredit öhdəlikləri üzrə güzəşt istənilməsi ilə bağlı olub.
Qeyd olunan müraciətlər üzrə qəbulda iştirak edən vətəndaşlara Mərkəzi Bankın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində məlumat verilmişdir.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
#asset-33
- Elektron pul təşkilatları və ödəniş təşkilatları tərəfindən Mərkəzi Bankın “966” Qaynar xətti barədə məlumatların əks olunması təmin edilib
Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının qorunması, həmçinin məlumat əlçatanlığının təmin olunması istiqamətində səmərəliliyin artırılmasını daim diqqətdə saxlayır və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirir.
Vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş növbəti təşəbbüs çərçivəsində respublika ərazisində fəaliyyət göstərən elektron pul təşkilatları və ödəniş təşkilatları tərəfindən istehlakçılara təqdim edilən ödəniş xidmətləri üzrə qarşılaşılan çətinliklər və suallarla əlaqədar müraciətlərin Mərkəzi Banka vaxtında bildirilməsi təmin edilib. Bu məqsədlə Mərkəzi Bankın “966” Qaynar xətti barədə məlumatın həmin təşkilatların fiziki ödəniş terminallarının əsas səhifəsində, habelə internet resursları və mobil tətbiqlərində əks olunması tapşırılıb.
Qeyd olunan istiqamət üzrə Mərkəzi Bank tərəfindən monitorinqlər aparılmış və tapşırığın icra edildiyi müəyyən edilib.
Mərkəzi Bank bundan sonra da maliyyə xidmətləri istehlakçılarının və investorlarının hüquqlarının qorunması, şəffaflıq və əlçatanlığın təmin edilməsi istiqamətində tədbirlərini davam etdirəcəkdir. Eyni zamanda qeyd olunan istiqamətlər üzrə monitorinqləri davam etdirəcəkdir.
Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın “966 qaynar xətti” iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək daxil olan zənglərin cavablandırılmasını həyata keçirir.
- Beyləqan rayonunda səyyar vətəndaş qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti səyyar qəbul 8 oktyabr tarixində Beyləqan rayonunda təşkil olunub.
Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb. Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
Qəbula daxil olan müraciətlər əsasən kredit üzrə güzəşt istənilməsi, 551 saylı Fərman, kreditin əldə olunması, sığorta ödənişinin verilməsindən imtina edilməsinə dair mövzular ilə bağlı olub.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə Mərkəzi Bank tərəfindən səyyar qəbulların keçirilməsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
#asset-32
- Emitentlər tərəfindən illik hesabatların təqdim edilməməsi ilə bağlı tədbirlər
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir. Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təqdim olunur. AMB tərəfindən hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdə, səhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.
Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərinə AMB tərəfindən xəbərdarlıq məktubları göndərilir. Sözügedən illik hesabtların AMB-yə təqdim edilməsi və açıqlanması təmin olunmadıqda, qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə AMB-nin 966 “Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər.
- İsmayıllı şəhərində səyyar vətəndaş qəbulu keçirilib
Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi çərçivəsində növbəti səyyar qəbul 3 sentyabr tarixində İsmayıllı şəhərində keçirilib. Səyyar qəbul İsmayıllı, Ağsu, Qobustan, Şamaxı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edib. Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb. Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
- Biləsuvar rayonunda səyyar vətəndaş qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək imkanının davam etdirilməsi və istehlakçı məmnuniyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədi ilə növbəti vətəndaş qəbulu 6 avqust tarixində Biləsuvar rayonunda keçirilib. Qəbul Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edib. Vətəndaşlar kredit istəyi, kredit üzrə güzəşt istəyi, məlumatların MKR-dən silinməməsi, kredit üzrə borcun düzgün hesablanmaması, ATM quraşdırılması, bank filiallarının açılması barədə müraciətlərini səsləndiriblər.
Qəbul zamanı vətəndaşların müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizələri qeydə alınıb. Qəbulda müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
#asset-30
- Qusar şəhərində səyyar vətəndaş qəbulu keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi məsələsini daim diqqət mərkəzində saxlaqmaqla mütəmadi olaraq tədbirlər həyata keçirir. Mərkəzi Bankın bu istiqamətdə əsas hədəflərindən biri maliyyə xidməti istehlakçılarının maliyyə savadlılığının artırılması yolu ilə hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bununla əlaqədar olaraq Mərkəzi Bank tərəfindən ölkəmizin müxtəlif bölgələrində yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının müraciətlərinin qəbul olunması, eyni zamanda vətəndaşların maliyyə xidməti sahəsində maarifləndirilməsi məqsədilə tədbirlər təşkil olunur.
Məhz bu məqsədlə 08.08.2025-ci il tarixində Qusar şəhərində səyyar vətəndaş qəbulu həyata keçirilib.
Səyyar qəbul zamanı maliyyə xidməti istehlakçılarının şifahi müraciətləri dinlənilib, maliyyə xidməti sahəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda vətəndaşların təklifləri qeydə alınıb. Bundan əlavə səhmdarların hüquqlarının qorunmasının vacibliyini, habelə bu sahədə qanunvericiliyin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarına qarşı tələblərinin daha müfəssəl izah olunmasının faydalarını nəzərə alaraq Qusar, Siyəzən, Şabran və Quba şəhərində fəaliyyət göstərən səhmdar cəmiyyətləri ilə görüş keçirilib. Təşkil olunan görüşdə tərəfimizdən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində maarifləndirmə işləri aparılıb.
Bundan əlavə maliyyə istehlakçılarının hüquqlarının qorunması məqsədilə bank sektorunun nümayəndələri ilə də görüş keçirilib. Görüşün əsas məqsədi maliyyə xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının müdafiəsi, onların maarifləndirilməsi və bankların bu sahədə məsuliyyətlərinin artırılması yollarının müzakirəsi olub.
Görüşdə həmçinin maliyyə savadlılığının artırılması məqsədi ilə Mərkəzi Bankın yaratdığı elektron Maliyyə savadlılığı resursları haqqında təqdimatlar olunub, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, Mərkəzi Bankın əməkdaşı tərəfindən “Doğru maliyyə qərarları üçün maliyyə savadlılığı” mövzusunda təlim keçirilib. Təlimdə doğru maliyyə qərarlarının verilməsi üçün zəruri olan əsas anlayışlar, büdcə planlaması, borclanmanın və xərclərin idarə olunması barədə vacib məlumatlar təqdim olunub. Təlim zamanı həmçinin maliyyə riskləri və rəqəmsal maliyyə təhlükəsizliyi kimi aktual mövzulara da toxunulub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
#asset-29
- Mingəçevir şəhərində səyyar vətəndaş qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti səyyar qəbul 2 iyul tarixində Mingəçevir şəhərində təşkil olunub.
Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı ərizələri qeydə alınıb. Müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
#asset-28
- Naxçıvanda investorların hüquqlarının müdafiəsinə həsr olunmuş görüş keçirilib
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası idarəsində regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericiliyə uyğun tərtibi və səhmdarların ümumi yığıncaqlarının düzgün qaydada çağırılması kimi mövzular müzakirə edilib.
Görüşün əsas məqsədi səhmdar cəmiyyətlərdə məlumatlılığın artırılması və bu yolla maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsidir.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
#asset-27
- Mərkəzi Bank tərəfindən Biləsuvarda vətəndaş qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi çərçivəsində növbəti təşəbbüs Biləsuvar rayonunda vətəndaş qəbulunun keçirilməsi olub.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, suallar cavablandırılıb və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə təklifləri qeydə alınıb.
#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
#asset-26
- Mərkəzi Bankın “ASAN Xidmət”lə əməkdaşlığı
Maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank mütəmadi olaraq müvafiq dövlət qurumları və təşkilatlarla birgə əməkdaşlıq edir.
Bu çərçivədə 13 iyun 2025-ci il tarixində Mərkəzi Bankın əməkdaşları “ASAN Xidmət”in “108” Çağrı Mərkəzində olmuş, mərkəzin sistemi və iş prosesi ilə yerində tanış olmuşlar. Səfər zamanı çağrı mərkəzinin struktur imkanları, müraciətlərin emalı prosesi və hesabatlıq üzrə təcrübə öyrənilmişdir.
Görüşün əsas məqsədi Mərkəzi Bankın “966” Çağrı Mərkəzi sisteminin daha da təkmilləşdirilməsi, operativliyin və səmərəliliyin artırılması istiqamətində qabaqcıl tətbiqin müzakirəsi olmuşdur. Bu təşəbbüs, xidmət səviyyəsinin yüksəldilməsi və maliyyə xidmətləri istifadəçilərinin daha effektiv şəkildə məlumatlandırılması baxımından önəmli addımdır.
- Mərkəzi Bank tərəfindən məlumatlılıq təşəbbüsləri davam etdirilir
Mərkəzi Bankda media nümayəndələri üçün keçirilən növbəti təlim "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasında Mərkəzi Bankın rolu" mövzusunda təşkil olunub.
“İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu təlim zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə dair görülən işlər, bu sahədə formalaşdırılmış hüquqi və institusional baza, eləcə də vətəndaş müraciətlərinə baxılması mexanizmləri və tətbiq olunan müasir yanaşmalar haqqında mühüm məqamlar səsləndirilib.
Təlimdə həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi çərçivəsində vətəndaşların yazılı və şifahi müraciətlərinin araşdırılması, məlumat əlçatanlığının təmin olunması ilə bağlı mühüm məqamlar təqdim olunub.
Təqdimat zamanı media nümayəndələrinin sualları cavablandırılıb, praktiki nümunələr əsasında mövcud imkanlar və vətəndaş müraciətlərinin idarə olunması prosesi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qərarı ilə ölkəmizdə hər il 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Bu müddətdə cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif təşəbbüslər keçirilir.
#asset-25#asset-24#asset-23#asset-22
- Mərkəzi Bankın departament direktoru Qarabağ Regional DOST Mərkəzində əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində keçirilən görüşdə çıxış edib
Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov Qarabağ Regional DOST Mərkəzində əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində təşkil olunmuş görüşdə çıxış edib. O, əlilliyi olan şəxslərlə bağlı Mərkəzi Bank tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı surətdə həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Qeyd edək ki, Bərdə şəhərində keçirilən tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində dövlət tərəfindən görülən işlər, regionlarda yaşayan əlilliyi olan şəxslərin ehtiyaclarının müəyyən edilməsi, səhiyyə, reabilitasiya, sosial dəstək tədbirləri, təhsil, ictimai nəqliyyat və informasiya əlçatanlığının təmin olunması kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.
#asset-21
- Mərkəzi Bankda vətəndaş qəbulunun həyata keçirilməsi imkanları genişləndirilir
Vətəndaş məmnunluğu və kommunikasiya vasitələrinin əlçatanlığına xüsusi önəm verən Mərkəzi Bank, müraciət kanallarının səmərəli fəaliyyətini daim diqqətdə saxlayır. Cari ilin aprel ayından etibarən müraciətlərin operativ qaydada qəbulu və cavablandırılması məqsədilə "myGov" platforması vasitəsilə Mərkəzi Banka elektron müraciətlərin göndərilməsi təşkil olunub.
Növbəti yenilik isə vətəndaşların "myGov" platformasına inteqrasiya olunmuş onlayn növbə sistemi vasitəsilə Mərkəzi Banka gəlmədən növbə əldə etmək imkanının yaradılmasıdır. Belə ki, vətəndaş tərəfindən sistemin “Yeni rezervasiya” bölməsinə Mərkəzi Banka gələcəyi tarix, zaman və əlaqə nömrəsi daxil edilir. Vətəndaş təyin olunmuş qəbul tarixi və saatında Mərkəzi Bankda aidiyyəti üzrə “Qəbul otağı”na gələrək öncədən əldə etdiyi SMS təsdiq kodunu növbəlilik sisteminə daxil edir və sistem tərəfindən ona sıra nömrəsi təqdim olunur. Həmin sıra nömrəsinə uyğun olaraq Mərkəzi Bankın məsul əməkdaşı ilə görüş təmin olunur.
Vətəndaş həmçinin "myGov" platforması vasitəsilə əldə olunmuş onlayn növbəni “Rezervasiyanın ləğvi” bölməsi vasitəsilə ləğv edə bilər.
- Mərkəzi Bank tərəfindən çağrı mərkəzlərinin rolunun vacibliyinə dair görüş keçirilib
Mərkəzi Bank maliyyə xidmətləri istehlakçıları və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində təşəbbüsləri davam etdirir. Belə ki, Mərkəzi Bank tərəfindən Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Kapital Bazarları Assosiasiyasının, həmçinin assosiasiyalara üzv olan təşkilatların 150-yə yaxın nümayəndəsinin iştirakı ilə keçirilmiş görüş bu istiqamətdə növbəti mühüm tədbirə çevrilib. Görüş maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində çağrı mərkəzlərinin rolunun vacibliyi mövzusuna həsr olunub.
Görüşdə Mərkəzi Bankın Çağrı mərkəzinin fəaliyyətinin təşkilindən bəhs olunub və təşkilatların qaynar xətt nömrələri vasitəsilə məlumat əlçatanlığının təmin olunması istiqamətində tövsiyələr səsləndirilib. Daha sonra vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlərin daha da səmərəli həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və onlar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
#asset-20
- Mərkəzi Bankın rəsmi veb-səhifəsində Sual-cavab bölməsində Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında məlumat bazası yenilənib
Mərkəzi Bank maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının qorunması istiqamətində səmərəliliyin artırılmasını və məlumat əlçatanlığının təmin olunmasını diqqətdə saxlayır. Bu məqsədlə Mərkəzi Bankın rəsmi veb-səhifəsində Sual-cavab bölməsində Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında məlumat bazası yenilənib. Sual-cavab bazasına bu link vasitəsilə daxil olmaq mümkündür:
https://www.cbar.az/page-73/view
- Mərkəzi Bank elektron pul təşkilatları və ödəniş təşkilatlarına məxsus resurslarda “966” Qaynar xətti barədə məlumatın göstərilməsinin təmin edilməsini həyata keçirir
Mərkəzi Bank tərəfindən vətəndaş məmuniyyətinin artırılması istiqamətində həyata keçirilmiş növbəti təşəbbüs respublika ərazisində fəaliyyət göstərən elektron pul təşkilatları və ödəniş təşkilatlarına aid fiziki ödəniş terminallarının əsas səhifəsində, habelə internet resursları və mobil tətbiqlərində “966” Qaynar xətti barədə məlumatın göstərilməsinin təmin edilməsi üzrə işlərin həyata keçirilməsi olub. Bununla istehlakçılara təqdim edilən ödəniş xidmətləri ilə bağlı çətinlik və suallar yarandığı vaxtında bildirilməsi və operativ araşdırılaraq cavablandırılmasının təmin edilməsi mümkün olacaq.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən daha öncə həyata keçirilmiş analoji tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının, sığortaçıların və valyuta mübadiləsi məntəqələrinin inzibati binalarında (filial, nümayəndəliklər) “966” Qaynar xətti barəsində məlumatın yerləşdirilməsi təmin olunub.
- Mərkəzi Bankın səyyar qəbulu Gəncə şəhərində keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təşəbbüs 4 iyun tarixində Gəncə şəhərində vətəndaşların səyyar qəbulunun keçirilməsi olub.
Qəbul zamanı vətəndaşların müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizə yazmaların ərizələri qeydə alınıb.
Qəbulda müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
#asset-19
- Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə onlayn görüş keçirilib
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyaların və onların nəzdində fəaliyyət göstərən işçi qrupların nümayəndələri ilə onlayn görüş keçirilib. Görüşdə istehlakçıların hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılması, pozulmuş hüquqların bərpası, həmçinin mübahisələrin operativ və effektiv surətdə həll edilməsi istiqamətində müzakirələr aparılıb. Daha sonra icrası perspektivdə olan təşəbbüslər üzrə təkliflər səsləndirilib.
#asset-18
- Mərkəzi Bankın əməkdaşları “İnsan hüquqlarının müdafiəsi, qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsiplərinin təbliği” mövzusunda seminarda iştirak edib
22.05.2025-ci il tarixində Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən Mərkəzi Bankın əməkdaşlarının və mediatorların iştirakı ilə “İnsan hüquqlarının müdafiəsi, qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsiplərinin təbliği” mövzusunda seminar keçirilib. Seminar zamanı insan hüquqlarının müdafiəsinin əhəmiyyəti və dövlətin insan hüquqlarının qorunmasında rolu barədə müzakirələr aparılıb, hüququn aliliyi və qanunun üstünlüyü mövzusunda fikirlər səsləndirilib.
#asset-17
- Mərkəzi Bankda assosiasiya nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub. Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, assosiasiyalarla birgə layihələrin həyata keçirilməsi, eləcə də assosiasiyaların tərkibində üzv təşkilatlardan ibarət işçi qrupların fəaliyyətinə dair səmərəliliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”na əsaslanaraq Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilib.
- Mərkəzi Bankın səyyar qəbulu Xaçmaz rayonunda keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi davam etdirilir. Bu istiqamətdə növbəti səyyar qəbul 07 may 2025-ci il tarixində Xaçmaz rayonunda təşkil olunub.
Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilərək, onları maraqlandıran məsələlərlə bağlı ətraflı izahatlar təqdim edilib. Şifahi şəkildə müraciət edən vətəndaşlardan müvafiq məlumatlar toplanmış, həmin müraciətlər üzrə aparılacaq araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcəyi qeyd olunub.
Qəbula daxil olan müraciətlər əsasən kredit borclarına güzəştlər, kreditin əldə olunması, fişinq, öhdəliyin qanunvericiliyin tələblərinə uyğun olmayan formada tələb olunması, sığorta məsələləri və qanunvericiliyə dair suallar ilə bağlı olub.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə Mərkəzi Bank tərəfindən səyyar qəbulların keçirilməsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
- Mərkəzi Bankda bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib
Mərkəzi Bankda Milli Depozit Mərkəzi ilə birgə “açıq mikrofon” formatında bir sıra səhmdar cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı səhmdar cəmiyyətlərində korporativ idarəetmənin təkmilləşdirilməsi, emitentlərin illik hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməsi, səhmdarların ümumi yığıncaqlarının çağırılması və cəmiyyətlərin fəaliyyətinin qanunvericiliyə uyğun həyata keçirilməsi istiqamətində mühüm məlumatlar təqdim olunub. Bu istiqamətdə səhmdar cəmiyyətlərinin nümayəndələrinin ünvanlandığı suallar cavablandırılıb.
Qeyd edək ki, daha öncə Mərkəzi Bank tərəfindən bir sıra rayonlarda səhmdar cəmiyyətlərinin nümayəndələri ilə məlumatlılığın artırılmasını hədəfləyən görüşlər də keçirilib.
İnvestorların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bu təşəbbüslər davam etdiriləcək.
- Mərkəzi Banka elektron müraciətlərin ünvanlandırılması imkanları genişləndirilir
Mərkəzi Bank tərəfindən vətəndaşların Banka müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması diqqətdə saxlanılır. Mərkəzi Bankın myGov platformasında vətəndaşlara xidmət göstərən qurumlar siyahısına əlavə olunmaqla, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanının yaradılması bu istiqamətdə növbəti mühüm təşəbbüsə çevrilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik myGov (my.gov.az) platforması vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.
Artıq vətəndaşlar myGov veb-səhifəsində müvafiq siyahıdan Mərkəzi Bankı seçməklə, müraciətlərini onlayn qaydada Banka ünvanlaya bilərlər.
Xatırladaq ki, vətəndaşlara müraciətlərini Mərkəzi Bankın rəsmi veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.
- Mərkəzi Bankın səyyar qəbulu Balakən rayonunda keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən istehlakçıların və investorların hüquqlarının müdafiəsi çərçivəsində növbəti səyyar qəbul 2 aprel 2025-ci il tarixində Balakən rayonunda təşkil olunub. Qəbul Balakən, Şəki, Qax, Zaqatala, Qəbələ və Oğuz inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edilib.
Görüş zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib və onlara zəruri izahatlar təqdim olunub. Şifahi müraciətlə çıxış edən vətəndaşlardan müvafiq məlumatlar toplanılıb və müraciətlər üzrə aparılacaq araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib. Vətəndaşların müraciətləri əsasən kredit borcuna güzəşt olunması, Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi, kredit istəyi, zaminin kredit borcunun ödənilməsindən azad edilməsi, borcun akseptsiz qaydada tutulması və aqrar sığorta məsələləri ilə bağlı olub.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbul tədbirlərinin keçirilməsi davam etdiriləcəkdir.
Mərkəzi Bank tərəfindən həyata keçirilən səyyar qəbullarla bağlı əlavə sual yarandığı təqdirdə, vətəndaşlardan 966 Qaynar xətti vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
- Mərkəzi Bank tərəfindən Qazax rayonunda vətəndaşların səyyar qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması istiqamətində görülən mütəmadi tədbirlərin davamı olaraq 05.03.2025-ci il tarixində Qazax rayonunda vətəndaşların səyyar qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri, bankomat və ödəniş terminallarının quraşdırılması üzrə müraciətləri dinlənilib və zəruri izahatlar təqdim olunub. Həmçinin ünvanlanan suallar istiqamətində məlumatlılığının artırılması təmin edilib.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcəkdir.
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin məqsədilə həyata keçirilən səyyar qəbulla bağlı hər hansı sualınız olduğu halda Mərkəzi Bankın 966 Qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz.
- Mərkəzi Bank tərəfindən Tərtərdə vətəndaş qəbulu keçirilib
Mərkəzi Bank tərəfindən istehlakçı və investorların hüquqlarının müdafiəsi çərçivəsində növbəti səyyar qəbul fevral ayının 5-də Tərtər rayonunda təşkil olunub. Ümumilikdə 30-a yaxın vətəndaşın qatıldığı qəbul zamanı kredit ödənişləri üzrə güzəştlər, bankomat və ödəniş terminallarının quraşdırılması və digər mövzulara dair müraciətlər səsləndirilib. Vətəndaşlara Mərkəzi Bankın səlahiyyətləri, həmçinin nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim olunub. Araşdırma tələb edən müraciətlərlə bağlı prosedura uyğun surətdə ərizələrin qəbulu həyata keçirilib.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin məqsədilə həyata keçirilən səyyar qəbulla bağlı hər hansı sualınız olduğu halda 966 Qaynar xətti vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.
#asset-16
- Mərkəzi Bank tərəfindən Tərtər rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.
Növbəti səyyar qəbul 5 fevral tarixində Tərtər rayonunda keçiriləcəkdir. Qeyd edilən tarixdə qəbul Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Xankəndi inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.
Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.
Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.
- Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb. Beləliklə də, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.
Cari ilin yanvar ayının 27-də işçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.
Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.
#asset-15
- Cəlilabad rayonunda vətəndaşların səyyar qəbulu keçirilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təşəbbüs 15 yanvar 2025-ci il tarixində Cəlilabad rayonunda vətəndaşların səyyar qəbulunun keçirilməsi olub. Qəbul zamanı vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilərək zəruri izahatlar təqdim olunub. Həmçinin qəbul zamanı şifahi müraciətlərini ünvanlayan vətəndaşlardan zəruri məlumatlar əldə edilməklə müraciətləri üzrə araşdırma nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib.
Vətəndaşların səyyar qəbullarının davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub.
Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin məqsədilə həyata keçirilən səyyar qəbulla bağlı hər hansı sualınız olduğu halda Mərkəzi Bankın 966 Qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərsiniz.