Valyuta mübadiləsi fəaliyyəti - Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər - “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir.