MİLLİ PUL NİŞANLARININ TARİXİ
Azərbaycan ərazisində XX əsrə qədər tədavüldə olmuş pul nişanları
E.ə. III əsrin 2-ci yarısında albanlar və atropatenalılar tərəfindən İskəndərin gətirdiyi pullara oxşar zərb edilmiş sikkələr.
Albaniya, Makedoniyalı İskəndərin sikkələrinə bənzətmə, e.ə.III əsr
#asset-1 #asset-2 #asset-3 #asset-4
Tetradraxma və draxma, gümüş
Azərbaycan ərazisində tapılmış III-VI əsrlərə aid Bizans imperiyasının sikkələri.
Bizans, II Feodosi 408-450-ci illər | İrakli və İrakli Konstantin 610- 641-ci illər |
#asset-5 #asset-6 #asset-7 #asset-8
Solid, qızıl (4.55 qr) | Heksaqram, gümüş (6.2 qr) |
Eramızın 600-cü illərində Sasani Hökmdarları dövründə zərb edilmiş gümüş sikkə.
Sasanilər dövrü , II Xosrov 591-628-ci illər, Dərbənd, 618-ci il
Draxma, gümüş
Azərbaycan ərazisi Ərəb xilafətinin tərkibində olduğu dövrlərdə zərb edilmiş qızıl sikkə.
Təmimilər dövrü, Hüzeymə ibn Hazim, Aran 786-787-ci illər
Dinar, qızıl
991-ci ildən başlayaraq Azərbaycanda Şirvanşah II Yəzidin və Şirvanşah I Mənuçehrin vaxtında zərb edilmiş gümüş sikkələr.
Şirvanşahlar, II Yəzid 991-1027-ci illər | Şirvanşahlar, I Mənuçehr,1027-1034-ci illər |
#asset-13 #asset-14#asset-15 #asset-16
Dirhəm, gümüş
Şəddadilər və Səlcuqların dövründə zərb edilmiş sikkələr.
Şəddadilər dövrü, Şavir, 1049-1067-ci illər | Böyük Səlcuqlar dövrü, Məlikşah, 1072-1092-ci illər |
#asset-17 #asset-18#asset-19#asset-20
Dirhəm,billon | Dinar,qızıl |
1136-1225-ci illərdə Azərbaycan Atabəyləri (Eldəgizlər) dövləti dövründə Atabəylərə aid mis sikkələr (dirhəmlər).
Azərbaycan Atabəyləri dövrü, Eldəniz, 1136-1175-ci illər
Dirhəm,mis
Azərbaycan ərazisində XIII əsrdə Monqol işğalları zamanı üzərində “ədalətli kaan” ifadəsi həkk olunan “kaanik” adlanan gümüş dirhəmlər.
Çingizilər dövrü, 1244-1245-ci illər | Çingizilər dövrü, Təbriz, 1247-1248-ci illər |
#asset-23 #asset-24#asset-25 #asset-26
Dirhəm,gümüş (2.84 qr.)
Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə zərb edilmiş gümüş sikkələr.
Şirvanşahlar dövrü, Şamaxı, I İbrahim 1382-1417-ci illər | Qaraqoyunlu, Pirbudaq 1408-1418-ci illər |
#asset-27 #asset-28#asset-29 #asset-30
Təngə, gümüş | Dirhəm, gümüş |
Ağqoyunlu, Təbriz, Baysunqur 1490-1492-ci illər
Təngə, gümüş
Səfəvilər dövründə zərb edilmiş sikkələr.
Səfəvilər, Təbriz, şahi, gümüş.
#asset-33 #asset-34#asset-35 #asset-36#asset-37#asset-38
Şahi, 1501-ci il | 5 şahi, 1507-1508-ci illər | 2 şahi, 1507-1508-ci illər |
Azərbaycanın xanlıqlar dövründə zərb edilmiş gümüş və mis sikkələri.
Qarabağ xanlığı, Pənahabad,1806-1807-ci illər
#asset-39 #asset-40#asset-41 #asset-42#asset-43 #asset-44
Sahibqıran,gümüş | Panabadi, gümüş | Fulus,mis |
Şirvan xanlığı, Şamaxı, 1770-1771-ci illər | Şəki xanlığı, Nuxa, 1808-1809-cu illər |
#asset-45 #asset-46 #asset-47 #asset-48
Abbasi, gümüş | Abbasi, gümüş(taclı) |
Quba xanlığı,Quba | Dərbənd xanlığı, Dərbənd, 1805-1806-cı illər |
#asset-49 #asset-50 #asset-51 #asset-52
Abbasi, gümüş | Abbasi, gümüş |
Bakı xanlığı, Bədkubə
| Naxçıvan xanlığı, Naxçıvan, 1767-1768-ci illər |
#asset-53 #asset-54 #asset-55#asset-56
4 qazbəyi, fulus, mis | Abbasi, gümüş |
İrəvan xanlığı, İrəvan
4 qazbəyi, fulus, mis
XX əsrin əvvəlində Azərbaycanda pul təsərrüfatı
Azərbaycanın müstəqil pul təsərrüfatı və pul dövriyyəsinin tarixi yüzillik fasilədən sonra 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır.
1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda kağız pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri rənginə, kağızın ölçülərinin müxtəlifliyinə görə də bir-birindən fərqlənir.
1918-ci ildə yaradılan Bakı Şəhər Təsərrüfatı Sovetinin qərarı ilə təcili olaraq 10, 25 və 50 manat məbləğində yeni kağız pullar hazırlanıb dövriyyəyə buraxıldı. Bu pul vahidləri öz qüvvəsini 1918-ci il iyul ayının 31-də istefa verən Bakı kommunasından sonra itirsə də, 1918-1919-cu illərdə əhali arasında dövriyyə vasitəsi kimi işlədilirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə tədavülə buraxılmış milli pul nişanları
Azərbaycan Xalıq Cümhuriyyəti dövründə Azərbaycan Dövlət Bankı tərəfindən tədavülə 25, 50, 100 və 250 manatlıq əskinaslar buraxılmışdır. Bu dövrdə tədavülə buraxılan birinci kağız pul emissiyasına mənsub 100 manatlıq pul vahidinin bir neçə nüsxəsi, həmin ilin ortalarında buraxılmış 25 manat (I-VII seriyalı), 50 manat (I-XI seriyalı), 100 manat (I-VIII seriyalı), 250 manat (I-VII seriyalı) və 1920-ci ilin əvvəllərində dövriyyəyə daxil olmuş ən iri nominal - 500 manatlıq (I-IV seriyalı) pul vahidləri Azərbaycan Tarixi Muzeyində saxlanılır. Sonuncu "əskinasın" üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilmişdir.
Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdir.
Sovet İttifaqı dövründə Azərbaycan ərazində tədavüldə olmuş pul nişanları
Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılmışdır. Bu emissiya çərçivəsində birinci əskinas - 1000 rubl (böyük formatda), sonra isə 5 (2 variantda), 100 (2 variantda) və 1000 (kiçik formatda) manatlıq, 1921-ci ildə isə yeni dizaynla dörd yeni nominal – 5000, 10000, 25000 (2 variantda) və 50000 manatlıq əskinaslar tədavülə buraxılmışdır.
1922-ci ildə 3 yeni əskinas – 100000 (3 variantda), 250000 (2 variantda) və 1000000 (2 variantda) manatlıq əskinaslar, 1923-cü ilin əvvəlində isə 5 milyon manat nominallı pul nişanı dövriyyəyə buraxılmışdır.
1923-24-cü illər ərzində Azərbaycan ərazisində Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) 4 pul emissiyası olmuşdur ki, 1-ci buraxılışa 5000, 10000, 50000, 100000, 250000, 500000, və 1000000 rublluq, 2-ci buraxılışa 500, 10000, 50000, 100000, 250000, 500000, 1000000, 5000000 və 10000000 rublluq, 3-cü buraxılışa 10000, 25000, 50000, 100000, 250000, 500000, 1000000, 5000000 və 10000000 rublluq nominallar daxildir. 1924-cü ilin əvvəlində ZSFSR hökumətinin qərarı ilə emissiya çərçivəsində tədavülə 25, 50, 75, 100, 250 milyon və 1 milyard rublluq əskinaslar buraxılmışdır.
Bu dövrdə ZSFSR tərəfindən dövriyyəyə dünya pul tədavülü tarixində yalnız bir dəfə 10 milyard nominallı əskinas buraxılmışdır.
1936-cı ildə qəbul edilmiş Konstitusiya aktına görə artıq Dövlət gerbində 11 respublikanın adının göstərilməsilə əlaqədar olaraq tədavülə buraxılan əskinaslarda dövlətin adı və pulun nominalı 11 dildə göstərilmişdir. Əskinaslar dövriyyədə 1947-ci il pul islahatlarına qədər qalmışdır.
Sovet İttifaqı dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilmişdir.
1947-1991-ci illərdə Azərbaycanda dövriyyədə olmuş pul nişanları
Yeni müstəqillik dövründə Azərbaycanda pul nişanları
1992-2006-cı illərdə dövriyyədə olan milli valyuta
Hazırda dövriyyədə olan Azərbaycan milli valyutası
Yubiley və xatirə pul nişanları
Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin materiallarından istifadə edilmişdir.

1
157.59 KB
2
150.72 KB
3
156.82 KB
4
151.97 KB
5
164.85 KB
6
169.19 KB
7
158.12 KB
8
153.41 KB
9
155.84 KB
10
155.24 KB
11
89.11 KB
12
88.34 KB
13
144.51 KB
14
152.96 KB
15
152.31 KB
16
157.83 KB
17
167.87 KB
18
164.17 KB
19
153.96 KB
20
162.33 KB
21
145.95 KB
22
153.77 KB
23
84.78 KB
24
86.29 KB
25
80.63 KB
26
88.38 KB
27
160.90 KB
28
155.82 KB
29
149.75 KB
30
155.10 KB
31
155.16 KB
32
159.41 KB
33
139.79 KB
34
147.89 KB
35
159.09 KB
36
150.46 KB
37
160.40 KB
38
160.50 KB
39
155.39 KB
40
158.30 KB
41
148.07 KB
42
149.76 KB
43
163.19 KB
44
163.96 KB
45
163.23 KB
46
154.17 KB
47
154.96 KB
48
155.68 KB
49
154.28 KB
50
158.01 KB
51
156.38 KB
52
150.01 KB
53
165.20 KB
54
158.31 KB
55
39.09 KB
56
154.76 KB
57
35.48 KB
58
35.49 KB
59
46.13 KB
60
68.73 KB
61
130.52 KB
62
125.74 KB
63
235.70 KB
64
211.17 KB
65
499.24 KB
66
476.27 KB
67
479.94 KB
68
496.15 KB
69
988.85 KB
70
950.40 KB
71
1.01 MB
72
1.02 MB
73
1.03 MB
74
1.04 MB
75
1.09 MB
76
1.16 MB
77
212.98 KB
78
244.34 KB
79
257.98 KB
80
272.68 KB
81
269.33 KB
82
305.49 KB
83
429.08 KB
84
392.25 KB
85
2.75 MB
86
2.84 MB
87
952.86 KB
88
1.05 MB
89
2.83 MB
90
2.55 MB
91
998.86 KB
92
1.03 MB
93
5.66 MB
94
5.54 MB
95
1.59 MB
96
1.10 MB
97
5.02 MB
98
4.93 MB
99
4.77 MB
100
4.95 MB
101
3.91 MB
102
4.08 MB
103
4.14 MB
104
814.04 KB
105
4.37 MB
106
4.59 MB
107
3.60 MB
108
4.10 MB
109
421.74 KB
110
382.78 KB
111
450.44 KB
112
522.51 KB
113
729.60 KB
114
704.35 KB
115
776.44 KB
116
746.28 KB
117
744.42 KB
118
709.60 KB