Fond birjası - fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir.
Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarət yalnız qiymətli kağızların və törəmə maliyyə alətlərinin fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir. Kütləvi ticarət qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin qeyri-məhdud sayda alıcılara ilkin və ya təkrar təklifi nəticəsində bağlanan əqdlərdir. Kütləvi ticarətə qəbul olunmuş qiymətli kağızlar və törəmə maliyyə alətləri tənzimlənən bazarda yalnız investisiya şirkətlərinin vasitəçiliyi ilə alınıb-satılır.
Fond birjasının vəzifələri aşağıdakılardır:
Hal-hazırda Azərbaycan Respublikası ərazisində yeganə fond birjası Bakı Fond Birjasıdır http://bfb.az/
Lisenziya nömrəsi | 05 |
Lisenziya verilmə tarixi | 21.07.2000 |
Ünvan | Bakı ş., Yasamal ray., Həsən bəy Zərdabi küç. 2A (Şokolad Tower), AZ1141 |
Əlaqə məlumatları | (+994 12) 498 98 20 www.bfb.az; info@bse.az |
Müşahidə Şurasının sədri | Axundov Fərid Azər oğlu |
Müşahidə Şurasının üzvləri | İbayev Seyfəddin Qəzənfər oğlu Həsənov Tural Nurəddin oğlu |
İdarə Heyətinin sədri | Xəlilov Ruslan Ələkbər oğlu |
İdarə Heyətinin üzvləri | Qasımov Oqtay Vaqif oğlu Ramazanov Mehman Dibir oğlu |