Mərkəzi Bankın “Elektron Xidmətlər Portalı”nda “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi” (bundan sonra – Sistem) vasitəsilə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş satış qiymətləri ilə satılan pul nişanlarının alıcılar tərəfindən təhvil alınmasının təmin edilməsi məqsədilə “Bank of Baku” ASC və "TuranBank" ASC Mərkəzi Bankın satış agentləri kimi müəyyən edilmişdir.
Alıcılar Sistem vasitəsilə satın aldıqları pul nişanlarını - “Bank of Baku” ASC və TuranBank" ASC-nin aşağıdakı göstərilən filiallarından əldə edə bilərlər:
“Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”:
Bununla yanaşı, Mərkəzi Bank ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərsuvenir” (Azərbaycan Suvenirləri) MMC arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən, “Azərsuvenir” MMC Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışını həyata keçirir. Həmin pul nişanları “Azərsuvenir” MMC tərəfindən sərbəst müəyyən edilən qiymətlərlə satılır.
Yubiley və xatirə pul nişanlarını “Azərsuvenir” MMC-nin aşağıdakı satış nöqtələrindən əldə etmək mümkündür: