Azərbaycan və Mərkəzi Asiya ölkələrinin mərkəzi (milli) banklarının ödəniş ekspertlərinin regional toplantısı
13-14 iyun 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə Bakı şəhərində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan mərkəzi banklarının nümayəndələrinin iştirakı ilə regional tədbir təşkil olunub. Bu tədbir çərçivəsində mərkəzi bankların ödəniş sahəsi üzrə ekspertləri arasında təcrübə mübadiləsi baş tutub və qlobal ödəniş trendlərinə dair müzakirələr aparılıb.
Tədbir çərçivəsində Azərbaycanın ödəniş sektorunda baş verən yeniliklər, qanunvericilik bazasının təkmilləşdirilməsi, nağdsız ödənişlərdən istifadə trendləri, tətbiq olunan innovativ ödəniş həlləri, fintexlərin ödəniş bazarına cəlb edilməsi, eləcə də Milli Ödəniş Sisteminin əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar diqqətə çatdırılıb.
Həmçinin rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin fintexlərin inkişafında rolu, maliyyə sektorunda müasir tənzimləmə texnologiyalarının tətbiqi, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi kimi mühüm məsələlərə dair müzakirələr də yer alıb. Görüşlərdə Azərbaycan və Orta Asiya mərkəzi bankları arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib və ölkələrin ödəniş infrastrukturunun inteqrasiya imkanları da müzakirə edilib.
#asset-31#asset-32#asset-33#asset-34
Birinci Beynəlxalq Tədqiqat Konfransı
30 - 31 oktyabr 2014-cü il tarixlərində Bakı şəhərində “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda 1-ci Beynəlxalq Tədqiqat Konfransı keçirilmişdir. Konfransda 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, habelə ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sferasının nümayəndələri iştirak etmişlər.
Konfransın əsas məqsədi tədqiqatçılar və siyasətçilər arasında institusional islahatlar, makroiqtisadi və maliyyə siyasəti çərçivəsi, həmçinin böhrandan sonrakı dövrdə maliyyə sabitliyi məsələləri də daxil olmaqla inkişaf edən iqtisadi sistemlərdə rast gəlinən çağırışlar ətrafında interaktiv müzakirələrin təşkil edilməsindən ibarət olmuşdur.
Konfransda ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Joshua Aizenman “Post-böhran dövründə inkişaf etməkdə olan və resurslarla zəngin ölkələrin fiskal və monetar siyasət təcrübələri” və Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynak “Mərkəzi bankçılığın optimal mandatı” mövzusunda təqdimatla çıxış etmişlər.
Əsas məruzələrdən sonra konfrans sessiyalar üzrə öz işini davam etdirmişdir. Konfransda 7 sessiya üzrə qabaqcıl mərkəzi bankların və universitetlərdən 30-a yaxın tanınmış tədqiqatçısı, o cümlədən Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin tədqqiatçıları təqdimatla çıxış etmişdir.
Konfransın sonunda sessiyalar üzrə aparılmış tədqiqat işlərinin nəticələri ümumiləşdirilmiş və post-böhran dövründə inkişaf etməkdə olan və resursla zəngin ölkələrdə makroiqtisadi çağırışlar, monetar siyasət çərçivəsinin formalaşması, makro-prudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsinə dair təkliflər hazırlanmışdır.
#asset-1#asset-2#asset-3#asset-4#asset-5#asset-6
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı
05 - 06 iyul 2014-cü il tarixlərində Bakı şəhərində Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilmişdir. Toplantı üzv ölkələr üzrə DB və BVF-də Müdir və Alternativ müdir vəzifəsini yerinə yetirən 8 ölkənin Mərkəzi Banklarının, Maliyyə, eləcə də İqtisadi inkişaf nazirliklərinin rəhbərlərinin, həmçinin DB və BVF-nin yüksək səviyyəli nümayəndələrinin, habelə akademik heyətin iştirakı ilə keçirilmişdir.
Toplantının Bakıda keçirilməsinin əsas məqsədi Seçki Qrupunda təmsil olunan ölkələrlə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin DB və BVF Seçki Qrupunda ölkəmizin mövqelərinin daha da gücləndirilməsindən ibarət olmuşdur.
Toplantıdan öncə “Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda DB-nin baş iqtisadçısı Hans Timmer “Diversifikasiya olunmuş inkişaf: səbəb, yoxsa nəticə?” və BVF-nin Orta Şərq və Mərkəzi Asiya departamenti üzrə şöbə rəisi Hüseyn Samiei “Enerji resurs sərvətlərinin idarə edilməsi: makro-fiskal perspektiv” mövzusunda təqdimatla çıxış etmişlər.
Seçki Qrupunun iclasında isə DB və BVF-nin növbəti illik toplantısına dair hazırlıq işləri, qlobal iqtisadiyyatda gedən proseslər, üzv ölkələrin qarşılıqlı maraqlarının qorunması, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olundu.
#asset-7#asset-8#asset-9#asset-10#asset-11#asset-12
Mərkəzi Asiya, Qara Dəniz regiounu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrlər Klubunun 27-ci toplantısı
12 - 13 may 2012-ci il tarixində Bakı şəhərində Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun 27-ci toplantısı təşkil edilmişdir. Toplantı çərçivəsində Avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontur-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə olunmuşdur. Toplantının Bakı şəhərində təşkili üzv dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə etmək və təcrübə mübadiləsi üçün geniş imkan yaratdı və Azərbaycanın, həmçinin Azərbaycan Mərkəzi Bankının beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfə oldu.
Tədbirdə Türkiyə, Rusiya, Çexiya, Rumıniya, Albaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan Mərkəzi Bankının rəhbərləri olmaqla ümumilikdə 19 ölkənin mərkəzi bankının nümayəndələri iştirak etmişlər.
#asset-19#asset-20#asset-21#asset-22#asset-23#asset-24
İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 5-6 mart 2012-ci il tarixlərində Dünya Bankı ilə birlikdə Bakı şəhərində İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu təşkil edilmişdir. Forum ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasına həsr edilmişdir və dünyanın ən nüfuzlu beyin mərkəzlərinin, “Nobel” mükafatı laureatlarının və tanınmış ekspertlərin iştirakı ilə beynəlxalq əhəmiyyətli intellektual diskussiyaların aparılmasına imkan vermişdir. Forum çərçivəsində iqtisadi diversifikasiya və artım üçün qeyri-neft ixracı, kənd təsərrüfatı siyasətləri, bazar institutları, inkişaf və diversifikasiya üçün insan kapitalı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmış və təqdimatlar edilmişdir. Bununla yanaşı Forumda ölkə iqtisadiyyatının şaxələnməsi ilə bağlı iştirakçılar tərəfindən tövsiyələr verilmiş, ən yaxşı dünya təcrübələri müzakirə olunmuş və bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının araşdırılması təklif olunmuşdur.
Tədbirdə Çilinin sabiq prezidenti, Çilinin Demokratiya və İnkişaf Fondunun rəhbəri cənab Rikardo Laqos, Perunun Azadlıq və Demokratiya İnstitunun prezidenti cənab Hernando de Soto, Avropa Yenidənqurma və İnkişaf Bankının baş müşaviri, London Biznes məktəbinin professoru cənab Saymon Kommander, UNESCO Banqkok Ofisinin direktoru cənab Qvanq-Co Kim, Adelaida Universitetinin İqtisadiyyat Məktəbinin professoru cənab Kim Anderson və Moskva Dövlət Universitetinin Tətbiqi İnstitusional İqtisadiyyat Məktəbinin rəhbəri cənab Aleksandr Auzan müxtəlif mövzular üzrə təqdimatla çıxış etmişlər.
#asset-13 #asset-14#asset-15#asset-16#asset-17#asset-18
Dünya Bankının Vaşinqtondakı baş qərargahında keçirilmiş “Azərbaycan günləri”
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankının (DB) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15-16 mart 2011-ci il tarixlərində Dünya Bankının Vaşinqtondakı baş qərargahında “Azərbaycan günləri” keçirilmişdir. Azərbaycan günlərinin əsas məqsədi Dünya Bankı ilə Azərbaycan arasında məhsuldar əməkdaşlığın qeyd olunması, bu təşkilatla dialoqun daha da gücləndirilməsi və bank əməkdaşları arasında Azərbaycan mədəniyyətinin tanıdılmasından ibarət idi.
Azərbaycan günləri çərçivəsində Dünya Bankının prezidenti, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı, DB-nin və BVF-nin icraçı direktorları və DB-nin digər rəsmi şəxsləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə əsasən DB ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişaf tarixi, bu əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər və gələcək əməkdaşlıq perspektivləri, DB-nin ölkə üzrə iqtisadi inkişaf strategiyası, Azərbaycan üzrə kredit portfeli, qarşılıqlı intellektual mübadilənin zəruriliyi, Azərbaycan və DB-nin birgə həyata keçirdiyi layihələr, Azərbaycanın bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri müzakirə olunmuşdur. Eyni zamanda “Neft gəlirlərinin idarə olunması və şəffaflıq” mövzusuna və “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə dair təqdimat da keçirilmişdir.
Rəsmi tədbirlərlə yanaşı DB-nin binasında Azərbaycan mədəniyyətini təqdim etmək məqsədilə xalçaçılıq və ipək sərgisi, foto qalereya təşkil olunmuş, canlı xalça istehsalı və milli geyimlər nümayiş etdirilmiş, DB və BVF-nin əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı klassik Azərbaycan musiqisinin müşayiəti altında milli xörəklər təqdim edilmişdir. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsi, paytaxt Bakının mənzərələri, eləcə də ölkədəki iqtisadi inkişafı əks etdirən şəkil və plakatlar, Azərbaycan haqqında qısametrajlı video materiallar nümayiş etdirilmişdir.
#asset-25#asset-26#asset-27#asset-28#asset-29#asset-30
foto_1
65.84 KBfoto_5
95.09 KBfoto_10
124.11 KBfoto_13
115.37 KBfoto_15
130.12 KBfoto_21
109.12 KBfoto_1
185.17 KBfoto_2
249.63 KBfoto_3
179.32 KBfoto_6
172.23 KBfoto_9
141.56 KBfoto_16
112.07 KBfoto_1
148.10 KBfoto_3
189.85 KBfoto_5
142.90 KBfoto_6
1.46 MBfoto_8
1.06 MBfoto_10
1.29 MBfoto_1
1.21 MBfoto_3
1.16 MBfoto_7
1.09 MBfoto_10
990.42 KBfoto_11
1.04 MBfoto_14
1.03 MBfoto_1
1.07 MBfoto_2
768.90 KBfoto_3
766.57 KBfoto_4
974.13 KBfoto_5
775.55 KBfoto_6
937.90 KB9
742.23 KB10
679.05 KB11
782.77 KB12
1.03 MB