“AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya
Cəmiyyətdə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması, habelə innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi məqsədilə Mərkəzi Bank tərəfindən 2021-ci ilin noyabr ayı ərzində “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək.
Stimullaşdırıcı lotereya dövründə (1 noyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci il tarixinədək) AÖS vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə edəcəklər. Lotereyada AÖS-ün “AniPay” tətbiqi, habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsi, eyni zamanda filiallarda AÖS vasitəsilə həyata keçirilən köçürmələr nəzərə alınacaqdır.
Noyabr ayı ərzində 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir köçürmə əməliyyatı iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır.
Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaqdır. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edir və ümumilikdə ölkə üzrə 400 nəfərin qalib olacağı planlaşdırılır. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edəcək uduş məbləği qalib şəxsin bank hesabına köçürüləcəkdir. Bu barədə müştərilər hesabına xidmət göstərən bank tərəfindən məlumatlandırılacaq.
Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:
Lotereya Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın 5.2.1-ci yarımbəndi üzrə “Mərkəzi Bank tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsi” tədbiri çərçivəsində əhalinin rəqəmsal ödənişlərdən istifadəyə stimullaşdırılması məqsədilə həyata keçirilir.
Lotereya qalibləri haqda məlumatlar www.anipay.az/lottery resursunda yerləşdirilmişdir. İstifadəçilər müvafiq bölmədə FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatını qeyd etməklə lotereyada qalib olub-olmadığını öyrənə bilərlər.