Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır.
Ulu Öndər Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.
Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır.
Qanunvericiliyə uyğun olaraq köhnə nümunəli pul nişanları (AZM) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müddətsiz olaraq dəyişdirilir.