Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə səlahiyyətlərinə aid məsələlərə dair təkliflərinizi suggest@cbar.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd: Sözügedən poçt ünvanı yalnız maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi üzrə fəaliyyətin təkmilləşdirilməsinə dair xüsusi təkliflərin göndərilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzi Bankın nəzarət subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi hallarda, habelə Mərkəzi Bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı maliyyə xidmətləri istehlakçıları və investorlar hər hansı sual, ərizə və şikayətləri olduğu təqdirdə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş İstehlakçıların və investorların hüquqları bölməsinə daxil olaraq müvafiq başlıqlara keçid etməklə müraciətlərini ünvanlaya bilərlər.