Azərbaycan Respublikasının Mərkəzi Bankının mühüm vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarını müdafiə etməkdir. Bununla əlaqədar, Mərkəzi Bank istehlakçıların və investorların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı işləri görür:
- maliyyə xidmətləri istehlakçılarından və investorlardan Mərkəzi Banka daxil olmuş ərizə və şikayətlərə baxır, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırmalar aparmaqla müvafiq tədbirlər görür;
- maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini, onların pozulmuş hüquqlarının bərpa olunmasını təmin edir;
- emitentlərdən hesabatları qəbul edir, onları təhlil edir və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;
- maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı məhkəmə instansiyalarında iştirak edir;
- maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi sahəsində qanun pozuntularının qarşısının alınması, onların pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə icrası məcburi olan göstərişlər verir, qanunvericiliyi pozan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq struktur bölməyə məlumat ötürür;
- vətəndaşların qəbulunu həyata keçirir, problemlərini dinləyir, qeydiyyatını aparır və müvafiq izahat verir;
- vətəndaşların şifahi müraciətlərini qəbul edir, müraciətlərin cavablandırılmasını təmin edir və qeydiyyatını aparır;
- nəzarət subyektləri ilə mütəmadi görüşlər təşkil edir;
- Öz səlahiyyətləri çərçivəsində digər tədbirləri həyata keçirir.