Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95-ci maddəsinə əsasən sığorta sektorunda dövlət tənzimlənməsini və nəzarəti həyata keçirir.
Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, aktuarilər, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər sığorta bazarının peşəkar iştirakçılarıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır.
Xarici sığortaçı öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.
Xarici təkrarsığortaçı öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxsdir.