Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılmışdır.
İnvestisiya pul nişanlarının əhaliyə satışını təmin etmək və onların geri alışını həyata keçirmək üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş tələblərə cavab verən banklardan satış agentinin seçilməsi həyata keçirilir.
Mərkəzi Bank tərəfindən satış agentinə qarşı müəyyən edilmiş əsas tələblər aşağıdakılardır:
Satış agenti:
Mərkəzi Bankla satış agenti olaraq seçilmiş bank arasında ikitərəfli müqavilə bağlanılır və Mərkəzi Bank mütəmadi olaraq satış agentinin müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinin monitorinqini həyata keçirir və satış agentinin öz öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilən halda Mərkəzi Bank tərəfindən ikitərəfli müqaviləyə xitam verilir.