Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı COP29-da Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində “Qlobal maliyyə sistemi: iqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” mövzusunda mühüm tədbir təşkil edib.
Bu tədbir Çoxtərəfli İnkişaf Bankları (MDB-lər), investorlar da daxil olmaqla dövlət və özəl sektorların liderlərini bir araya gətirərək iqlim maliyyələşməsi fəaliyyətinin sürətləndirilməsini və yaşıl keçiddə Paris Sazişinin məqsədlərinə çatmaq üçün zəruri olan miqyasda resursların səfərbər edilməsini hədəfləyir.
Noyabr ayının 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “Dünya üzrə dayanıqlı maliyyənin inkişafı: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyi üzrə Yol Xəritəsi” adlı tədbir təşkil edib. Maliyyə, İnvestisiya və Ticarət Günündə keçirilən bu tədbir dünya miqyasında dayanıqlı maliyyə çərçivələrinin əlaqəliliyini artırmaqla yaşıl keçidin irəliləyişinə dair müzakirələr üçün effektiv platformaya çevrilib.