Rəşad Məsim oğlu Məmmədov

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son bazar ertəsi/saat 15.00-dan
Əlaqə: (+994 12) 493-11-22
  • 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə” ixtisası üzrə bakalavr, 2005-ci ildə həmin Universiteti “İstehsal sistemlərinin idarə edilməsi” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsi almışdır.
  • Əmək fəaliyyətinə 2001-ci ilin oktyabr ayından “Most-Bank Azərbaycan” BSKB-nin Maliyyə departamentində mütəxəssis vəzifəsi ilə başlamışdır. 2003-2005-ci illərdə “Bank Standard” QSC-də Əməliyyat departamentinin Ödəniş vasitələri və klirinq şöbəsinin mütəxəssisi, Klirinq hesablaşmaları şöbəsinin aparıcı mütəxəssisi, Plastik kartlar üzrə əməliyyatlar şöbəsinin aparıcı mütəxəssisi vəzifələrində işləmişdir.
  • 2005-ci ilin noyabr ayından fəaliyyətini “Turanbank” ASC-də Xarici iqtisadi əlaqələr, mübadilə məntəqələrinin işinin təşkili və nəzarəti şöbəsinin aparıcı mütəxəssisi kimi davam etdirmiş, 2006-2008-ci illərdə Müştəri xidmətləri departamentinin Plastik kartlar şöbəsinin rəisi, 2008-2009-cu illərdə həmin departamentin Korporativ müştərilərə xidmət şöbəsinin rəisi vəzifələrində işləmişdir.
  • 2009-2010-cu illərdə “Rabitəbank” ASC-də Daxili audit bölməsinin auditoru, 2010-2014-cü illərdə bankın “Mərkəz” və “Nizami” filiallarının müdiri, 2014-2015-ci illərdə Müştəri xidməti departamentinin direktoru vəzifələrində işləmişdir.
  • 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində işləmişdir.
  • 2023-cü ilin noyabr ayından 2024-cü ilin yanvar ayınadək Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsində işləmişdir.
  • 2024-cü il yanvarın 7-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. 
  • Ailəlidir, iki övladı var.