Əli İsmayıl oğlu Əhmədov

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Qəbul günləri: Hər ayın son çərşənbə axşamı/saat 15.00-dan
  • 1982-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 2004-cü ildə Türkiyə Cumhuriyyətinin Qazi Universitetini “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2006-cı ildə Odlar Yurdu və ABŞ-ın Corciya dövlət universitetinin birgə proqramı olan “Biznesin idarə olunması” ixtisası üzrə MBA proqramını magistr dərəcəsi ilə, 2014-cü ildə isə ABŞ Cons Hopkins Universitetini “Dövlət siyasəti” üzrə beynəlxalq magistr dərəcəsi ilə bitirmişdir.
  • Əmək fəaliyyətinə Mərkəzi Bankda 2004-cü ilin avqust ayında Monetar siyasət departamentinin Monetar təhlil və proqnozlaşdırma şöbəsində iqtisadçı vəzifəsində başlamışdır. 2005-ci ilin iyul ayında İqtisadi tədqiqatlar və proqnozlaşdırma departamentinin Maliyyə proqramlaşması şöbəsində iqtisadçı vəzifəsinə təyin edilmişdir.
  • 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləmişdir.
  • 2008-2011-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsində böyük analitik vəzifəsində, 2013-cü ilin avqust ayınadək isə həmin departamentin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.
  • 2013-cü ilin avqust ayından 2014-cü ilin iyun ayınadək ABŞ-ın Cons Hopkins Universitetində təhsil almışdır.
  • 2014-2015-ci illərdə Mərkəzi Bankda Bazar əməliyyatları departamentinin Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin iyun ayından həmin departamentin direktor müavini – Risklərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsində, 2016-cı ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək Bazar əməliyyatları departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
  • 2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
  • Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

  • Ailəlidir, 2 övladı var.