Abdulla Kərim oğlu Məlik-Aslanov

Mərkəzi Bankın sədrinin müşaviri
Əlaqə: (+994 12) 493-11-22
  • 1958–ci ildə Füzuli rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1979–cu uldə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “İqtisadçı” ixtisası üzrə bitirmişdir.
  • Əmək fəaliyyətinə 1979– cu ildə SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı vəzifəsində başlamışdır.
  • 1979– cu ildən 1981 – ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
  • 1981– ci ildən SSRİ Dövlət Bankının Nərimanov şöbəsində iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, rəis müavini vəzifələrində işləmişdir.
  • 1992– ci ilin fevralından Azərbaycan Respublikası Milli Bankında idarə rəisi vəzifəsində işləmişdir.
  • 1996– 2001 – ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Milli Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.
  • 1996– cı ilin sentyabr ayından Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
  • 2007– cı ilin fevral ayında Milli Bankın Baş direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.
  • 2008– ci ilin mart ayından -Azərbaycan Respublikası Milli Bankı Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. 
  • Ailəlidir, 2 övladı var.