Anar Eldar oğlu Mansurov

Mərkəzi Bankın baş direktoru
Qəbul günləri: Hər ayın son cümə günü/ saat 15.00-dan
Əlaqə: (+994 12) 493-50-58

1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” ixtisası üzrə bakalavr pilləsindən, 2011-ci ildə həmin universitetin magistr dərəcəsindən məzun olmuşdur. 2022-ci ildə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlamış, 2008-2011-ci illərdə Maliyyə menecmenti departamentində müxtəlif vəzifələrdə işləmişdir. 2011-2017-ci illərdə “Azərikard” MMC-də Maliyyə menecmenti departamentinin direktoru vəzifəsində işləmişdir. 2019-2022-ci illərdə isə “AzReTəkrarsığorta” ASC-də Direktorlar Şurasının müstəqil üzvü, eyni zamanda 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust ayınadək “AzerGold” QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləmişdir.

2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.