Vüqar Fərman oğlu Əliyev

Mərkəzi Bankın sədrinin müşaviri
Əlaqə: (+994 12) 493-11-22
  • FCCA, PhD, LLM
  • 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
  • 1997-ci ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin universiteti “Beynəlxalq hüquq” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
  • 2004-cü ildə Böyük Britaniyanın “Association of Chartered Certified Accountants” (ACCA) təşkilatının həqiqi üzvü, 2009-cu ildə həmin Assosiasiyanın fəxri üzvü (FCCA) adına layiq görülmüşdür.
  • 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Hüquq elmləri namizədi” alimlik dərəcəsi almışdır.
  • Əmək fəaliyyətinə 1995-ci ildə ingilis dili tərcüməçisi vəzifəsində başlamışdır.
  • 1996-cı ildə “Price Waterhouse” Azərbaycan şirkətində audit üzrə köməkçi, 1998-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində audit üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.
  • 1999-cu ildə “PricewaterhouseCoopers” Türkiyə, İstanbul ofisində biznes üzrə məsləhət xidmətləri şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir.
  • 2000-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin meneceri, 2003-cü ildə baş meneceri, 2006-cı ildə isə direktoru vəzifəsinə təyin edilmişdir.
  • 2006-2009-cu illərdə “PricewaterhouseCoopers” Rusiya şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin direktoru və Rusiyanın şimal-qərb regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
  • 2009-cu ildə “PricewaterhouseCoopers Central and Eastern Europe” şirkətinin Partnyoru vəzifəsinə təyin edilmiş və 2009-2011-ci illərdə “PricewaterhouseCoopers” Azərbaycan şirkətinin rəhbərlərindən biri və Qafqaz regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
  • 2011-ci ildə “KPMG CIS” şirkətinin Partnyoru və “KPMG” Azərbaycan şirkətinin İdarəedici partnyoru vəzifələrinə təyin edilmişdir. 2018-2022-ci illərdə “KPMG” Azərbaycan şirkətinin biznesin inkişafı üzrə partnyoru vəzifəsində çalışmışdır.
  • 2016-2022-ci illərdə “KPMG”-nin Rusiya şirkətində Partnyor, Rusiya və digər MDB ölkələri üzrə Maliyyə sektorunun Lideri və KPMG Rusiyanın Management Consulting bölümünün Rəhbəri vəzifələrini icra etmişdir.
  • 2023-cü ilin aprel ayından Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. 
  • Ailəlidir, iki övladı var.