Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən istedadlı bank əməkdaşlarının yaradıcılıq tədbiri keçirilib
Ölkədə banklar arasında ilk dəfə keçirilən tədbirdə Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva, İR departamentinin direktoru Oksana İsmayılova, AR Milli Məclisinin deputatları Cəbi Quliyev və Ülviyyə Həmzəyeva, AR XİN NMR İdarəsinin rəisi Vüsal Ələkbərli və digər qonaqlar iştirak edib.
Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev çıxışında bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü il H.Əliyev İli elan edilib. Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Bugün keçirilən yaradıcılıq tədbiri də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Sonra Mərkəzi Bankın baş direktoru Gülər Paşayeva çıxış edib. O, tədbirdə iştirak edən bütün istedadlı gənclərə uğur arzulayıb.
Tədbirin davamında Ümummilli Liderin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçıları muxtar respublikada fəaliyyət göstərən bankların əməkdaşlarının hazırladığı rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir müxtəlif videoçarxlar və bank əməkdaşlarının hazırladığı musiqi nömrələrinin ifaları ilə davam edib.
#asset-31#asset-32#asset-33 #asset-34 #asset-35 #asset-36 #asset-37 #asset-38 #asset-39
“Heydər Əliyev İli” çərçivəsində Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən “Maliyyə savadlılığı” layihəsi ilə bağlı növbəti tədbir keçirilmişdir
23 may 2023-cü il tarixində “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Qızlar Liseyində Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən “Maliyyə savadlılığı” layihəsi ilə bağlı məktəblilər üçün tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin əməkdaşı Aytac Axundova açaraq, əhalinin maliyyə savadlılığının artırılmasında Mərkəzi Bankın əsas maraqlı tərəf olduğunu bildirmiş və bu istiqamətdə silsilə təlimlər, tədbirlər, müsabiqələr təşkil etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin də regionda əhalinin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərini silsiləvi şəkildə davam etdirdiyini və bu tədbirlərdə əsas hədəf qruplarından birinin təhsil sektorunun nümayəndələri yəni müəllim, tələbə və şagird kollektivləri olduğunu qeyd etmiş, həmçinin tədbirin gedişatı haqqında iştirakçıları məlumatlandırmışdır.
Daha sonra İdarənin əməkdaşı Nərgiz Allahverdiyeva tərəfindən sığorta nədir?, sığorta mexanizmi necə işləyir?, sığortanın hansı növləri var? və s. mövzularda məlumatlar şagirdlərin diqqətinə çatdırılmış, "Sığortanın həyatımızdakı rolu" adlı video-slayd təqdim edilmişdir. Tədbirin ikinci hissəsində isə həmin mövzulardan hazırlanmış suallar vasitəsi ilə şagirdlər arasında yarış keçirilmişdir.
Sonda qalib olan şagirdlərə Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.
#asset-26#asset-27#asset-28 #asset-29 #asset-30
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsi tərəfindən "Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlər: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı jurnal dərc edilmişdir
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlər: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı jurnal dərc edilmişdir. Jurnalda Naxçıvan Muxtar Respublikasının bank və ödəniş infrastrukturunun xəritəsi, regionda rəqəmsal ödəniş xidmətlərinin inkişafına dair icra olunmuş proqramlar və nağdsız ödənişlərin artım dinamikası və s. bu kimi mühüm mövzulara toxunulmuşdur. Bütün bunlarla yanaşı, jurnalda rəqəmsal ödənişlər və bu sahədə texnoloji yeniliklərin roluna dair müxtəlif mövzularda mütəxəssis məqalələri yerləşdirilmiş, həmçinin jurnalda oxucuların marağına səbəb olacaq “Terminlər lüğəti” adlı bölmə də əlavə edilmişdir.
Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlər: mövcud vəziyyət və inkişaf perspektivləri
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş regionda fəaliyyət göstərən banklar arasında mini futbol turniri başa çatıb
2023-cü il mayın 8-də “Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən bank və digər kredit təşkilatları arasında keçirilən mini-futbol turnirinin final mərhələsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank filiallarının rəhbərləri, bank əməkdaşları iştirak edib.
"Naxçıvanbank" ASC və "Bank Respublika" ASC-nin Naxçıvan filialının komandaları arasında baş tutan final oyunu gərgin mübarizə şəraitində keçmişdir. Görüş "Bank Respublika" ASC-nin Naxçıvan filialının komandasının əzmkar qələbəsi ilə başa çatmışdır.
Yekunda qalib komandaların mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı çıxış edərək qalib komandaları təbrik edib.
Qalib komanda üzvlərinə kubok və diplomlar təqdim olunmuşdur.
Qeyd edək ki, 12 aprel tarixindən start verilmiş turnirdə ümumilikdə 12 komanda iştirak edib. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank, sığorta və digər kredit təşkilatlarının komandaları mübarizə aparıblar.
#asset-22#asset-23#asset-24 #asset-25
Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində məktəblilər üçün növbəti tədbir keçirilmişdir
28 aprel 2023-cü il tarixində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyi günündə doğulduğu Şahtaxtı kəndində akademikin adını daşıyan tam orta məktəbdə Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən “Maliyyə savadlılığı” layihəsi çərçivəsində məktəblilər üçün tədbir keçirilmişdir.
Tədbirdə İdarənin əməkdaşı Nərgiz Allahverdiyeva tərəfindən ölkəmizdə istifadə olunan kağız və metal pul nişanları, dövriyyəyə buraxılmış yeni valyutalar, pul nişanlarının əsas elementləri və onların dizayn və mühafizə fəlsəfəsi və s. mövzularda məlumatlar şagirdlərin diqqətinə çatırılmış, "Milli pul nişanlarımızın tarixi və mühafizə fəlsəfəsi" adlı video-slayd təqdim edilmişdir.
Tədbirin ikinci hissəsində isə həmin mövzulardan hazırlanmış suallar vasitəsi ilə şagirdlər arasında yarış keçirilmişdir.
Sonda qalib olan şagirdlərə Mərkəzi Bankın Naxçıvan MR İdarəsi tərəfindən hədiyyələr təqdim edilmişdir.
#asset-16#asset-17#asset-18 #asset-19 #asset-20
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş futbol turniri başlanıb
“Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən bank filialları və digər kredit təşkilatlarının komandaları arasında təşkil olunmuş mini-futbol turnirinə start verilib.
12 aprel tarixində turnirin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin sədri Elçin Əliyev açaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrilib. Artıq günümüzdə Azərbaycan bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan da bəhs edilib. O, sonda turnir iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, ümumilikdə on iki komandanın iştirak edəcəyi turnirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin komandası ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən bank filialları və bank olmayan kredit təşkilatlarının komandaları mübarizə aparacaqlar.
#asset-12#asset-13#asset-14 #asset-15
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Universitetində Açıq Bankçılıq mövzusunda tədbir keçirilmişdir
Tədbiri giriş sözü ilə institutun rektoru dosent Anar Kazımov açaraq bu tip silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Bundan başqa, muasir bank məhsul və xidmətlərinə günümüzdə böyük kütlə tərəfindən maraq göstərilməsi mövcud sahədə baş verən innovativ inkişafın bariz nümunəsidir. Bu tipli tədbirlərin ali təhsil müəssisələrində təhsil alan tələbələrə tədris edilməsinin əhəmiyyətini qeyd edərək gələcəkdə də adışəkilən tədbirlərin davamlı olmasını məqsədəuyğun hesab etmişdir.
Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq maliyyə texnologiyalarının bank işinin həyata keçirilməsində həlledici rol oynadığını vurğulamışdır. Həmçinin təlimin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu və bu silsilə tədbirlərin regionda fəliyyət göstərən bütün ali təhsil ocaqlarında davamlı şəkildə təşkil olacağını diqqətə çatdırmışdır. Belə ki, bu tədbirlərin davamlı xarakter daşımasının əsas səbəbinin Ulu Öndər Heydər Əliyevin uğurla formalaşdırdığı yeni cəmiyyətin və gənc nəsilin arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu bildirmişdir.
Daha sonra videobağlantı ilə tədbirə qoşulan Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qarşılıqlı əməkdaşlıq çərçivəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini söyləmiş və regionda əhalinin bank savadlılığının artırılması istiqamətində marifləndirici seminar və tədbirlərin keçirilməsinə bundan sonra da müvafiq dəstəyin göstəriləcəyini bildirmişdir. Çıxış zamanı maliyyə texnologiyalarının əhəmiyyətini vurğulayaraq, maliyyə inkluzivliyinin artırılması, ölkəmizin açıq bankçılıq sahəsinə inteqrasiyası və bu sahədə atılan addımlardan danışmışdır.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın İqtisadi təhlil və statistika şöbəsinin rəisi Vüqar Məmmədzadə və şöbənin əməkdaşı Mərhəmət Bayramov tərəfindən fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və s. mövzular elektron slaydlarla tədris olunmuş və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılmışdır.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilmiş, qalib şəxslərə İdarənin rəhbərliyi və regionda fəaliyyət göstərən Naxçıvanbank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, Azər-Türk Bank ASC, Kapital Bank ASC-nin yerli filialları və Rabitəbank ASC-nin şöbəsi tərəfindən sertifikatlar və müxtəlif dəyərli hədiyyələr təqdim edilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində Heydər Əliyev iliylə əlaqədar olaraq əhalinin bank sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində bundan sonra da silsilə tədbirləri davam etdirəcəkdir.
#asset-8#asset-9#asset-10 #asset-11
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda Açıq Bankçılıq mövzusunda tədbir keçirilmişdir
7 aprel 2023-cü il tarixində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Açıq Bankçılıq mövzusunda tədbir keçirilmişdir. Tədbirə Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin və Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi, əməkdaşları və institutun tələbələri cəlb olunmuşlar.
Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bu tip silsilə tədbirlərin keçirilməsinin tələbələr üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Bundan başqa, Maliyyə və bank sektorunda yeni texnologiyaların geniş tətbiq olunması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi və əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının yaxşılaşdırılmasının diqqətdə saxlanıldığını qeyd etmişdir.
Daha sonra, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev tədbirin əhəmiyyətinə toxunaraq maliyyə texnologiyalarının bank işinin həyata keçirilməsində həlledici rol oynadığını vurğulamışdır. Həmçinin təlimin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunduğunu və bu silsilə tədbirlərin regionda fəliyyət göstərən bütün ali təhsil ocaqlarında davamlı şəkildə təşkil olacağını diqqətə çatdırmışdır. Belə ki, bu tədbirlərin davamlı xarakter daşımasının əsas səbəbinin Ulu Öndər Heydər Əliyevin uğurla formalaşdırdığı yeni cəmiyyətin və gənc nəslin arasında bank məhsul və xidmətləri ilə bağlı əməliyyatlarda daha çevik və düzgün qərarların verilməsini dəstəkləmək və onlarda yenilikçi bank sektoruna inamı gücləndirməkdən ibarət olduğunu bildirmişdir.
Tədbir zamanı iştirakçılara Mərkəzi Bankın İqtisadi təhlil və statistika şöbəsinin rəisi Vüqar Məmmədzadə və şöbənin əməkdaşı Mərhəmət Bayramov tərəfindən fintex anlayışı və təkamülü, onun formaları, açıq bankçılıq və onun üstünlükləri, kibergigiyena qaydaları və s. mövzular elektron slaydlarla tədris olunmuş və iştirakçıların mövzu ətrafında sualları ətraflı cavablandırılmışdır.
Sonda iştirakçılar arasında oyun əsaslı tədris platforması olan “Kahoot” sistemi vasitəsilə yarış keçirilmiş və qalib şəxslərə İdarənin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi “Maliyyə Savadlılığı Layihəsi” çərçivəsində “Heydər Əliyev ili” ilə əlaqədar olaraq əhalinin bank sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində bundan sonra da silsilə tədbirləri davam etdirəcəkdir.
İdarənin (036) 550 59 10 nömrəsi ilə əlaqə saxlanılır
Aşağıda qeyd olunan istiqamətlər üzrə İdarənin +994 60-400-22-44 nömrəli whatsapp xidmətindən (xidmət) istifadə edilə bilər:
1. Dövlət orqanlarından İdarəyə ünvanlanmış və ya birbaşa olaraq İdarəyə daxil olmuş müraciətlərlə bağlı hər hansı səbəbdən cavab məktubları əldə edilmədikdə
Müraciət edən şəxsin şəxsiyyəti eyniləşdirilməklə cavab məktubu xidmət vasitəsi ilə ona təqdim edilir.
2. İdarənin nəzarət subyektləri ilə əlaqə saxlanılmasında çətinlik yarandıqda
Müraciət edən şəxs barədə məlumat, onunla əlaqə yaradılması məqsədi ilə İdarənin nəzarət subyektinə yönləndirilir.
3. Qəbulda iştirak etmək üçün qeydiyyatdan keçirildikdə
Vətəndaşlar İdarənin “Whatsapp” nömrəsi vasitəsilə qeydiyyatdan keçməklə İdarənin C.Məmmədquluzadə 32 ünvanında yerləşən inzibati binasına gəlməklə “Qəbulotağı”nda yerində qəbulda iştirak edə bilərlər.
Dekabr 2022
12.90 MBBank sektoru üzrə infoqrafika - 2022
30.28 MB3
144.73 KB4
205.10 KB5
216.04 KB6
208.74 KB7
131.23 KB8
269.09 KB9
390.18 KB10
147.52 KB11
147.27 KB12
153.65 KB13
161.75 KB14
139.32 KB15
87.21 KB16
731.12 KB17
1.18 MB18
695.21 KB19
1.15 MB20
591.71 KBNaxçıvan Muxtar Respublikasında nağdsız ödənişlər: mövcud vəziyyət və inkişaf perspektivləri
29.76 MB15
162.65 KB16
184.34 KB17
145.47 KB18
132.07 KB26
1.09 MB27
884.06 KB28
1.03 MB29
812.05 KB30
302.02 KB31
4.01 MB32
774.36 KB33
145.01 KB34
169.32 KB35
115.84 KB36
420.11 KB37
709.50 KB38
2.45 MB39
4.70 MBMay 2023
18.60 MBİyun 2023
16.43 MBBank sektoru üzrə infoqrafika - 2023-cü ilin I yarımili
28.38 MBİyul 2023
21.02 MB