Siz «Vakansiyalar» bölməsi vasitəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi vakant vəzifələrlə tanış ola bilərsiniz. Banka müraciətlər yalnız rəsmi saytda mövcud olan «Müraciətlərin qəbulu sistemi» vasitəsi ilə qəbul edilir. Müraciət etmək istədiyiniz halda «Müraciətlərin qəbulu sistemin»də özünüzə şəxsi kabinet yaratmalısınız. Şəxsi kabinetdə anket məlumatlarını doldurduqdan sonra Sizə uyğun hesab etdiyiniz vakansiyaya daxil olaraq müraciət edə bilərsiniz. Şəxsi kabinet Sizə həm işə qəbul prosesindəki cari statusunuzu izləmək, həm də cari işə qəbul prosesindən sonra yeni vakansiya elan edildikdə ona müraciət etmək imkanı təqdim edir.
İşə qəbul prosesi AR Mərkəzi Bankının «İşə qəbul qaydaları»na əsasən elan edilən vəzifənin xüsusiyyətlərindən asılı olaraq test və müsahibə mərhələlərindən ibarət olaraq təşkil edilir.