Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Qəbul günləri: Hər ayın son çərşənbə günü/saat 15.00-dan
1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsilə bitirmişdir.
2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetini “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.
2008-2009-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsində böyük mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.
2009-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində Məlumatların emalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
2012-ci ilin aprel ayında Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
2013-2019-cu illərdə Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2019-2024-cü illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri olaraq fəaliyyət göstərmişdir.
2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin müavini vəzifəsinə təyin edilmişdir.