Fuad Fərman oğlu İsayev
Mərkəzi Bankın baş direktoru1982-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergilər və vergitutma” ixtisası üzrə bakalavr, 2007-ci ildə həmin universitetin “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamış, 2005-2009-cu illərdə Tədqiqatlar və statistika departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2009-2015-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsində mütəxəssis və böyük mütəxəssis, 2015-2016-cı illərdə həmin şöbənin Bank qrupu üzrə rəhbər vəzifələrində işləmişdir. 2016-2017-ci illərdə “Bank Respublika” ASC-də Risklərin idarə edilməsi departamentində Maliyyə risklərinin idarəedilməsi şöbəsinin rəisi, həmin departamentin direktoru vəzifələrində çalışmışdır. 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2020-ci illərdə Mərkəzi Bankda İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2020-2024-ci illər ərzində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.